18:51 22 Noyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0267
  • EUR1.8808
Prezident İlham Əliyev Bakı Şəhər İcra Hakimiyyətinin başçısını qəbul edib

Prezident Bakının icra başçısına: “Bütün rayonlarda vətəndaşlarla görüşülməlidir”

© Official website of President of Azerbaijan Republic
SİYASƏT
Qısa URL
14 0 0

Dövlət başçısı Bakı Şəhər İcra Hakimiyyətinin başçısı ilə görüşdə şəhərdə görülən işlər barədə hesabat tələb edib

BAKI, 4 noyabr — Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovu qəbul edib.

Sputnik Azərbaycan xəbər verir ki, Bakı şəhərinin inkişafının daim diqqət mərkəzində olduğunu bildirən Prezident İlham Əliyev paytaxtda görülən işlər barədə soruşub.

Prezident İlham Əliyev paytaxtın Şəfayət Mehdiyev küçəsinin Tbilisi prospektindən Landau küçəsinədək olan hissəsində yenidənqurmadan sonra görülən işlərlə tanış olub
© Official website of President of Azerbaijan Republic

“Bilirsiniz ki, mən şəhərdə gedən abadlıq-quruculuq proseslərinə şəxsən nəzarət edirəm, bir çox layihələrin təşəbbüskarı olmuşam. Bu gün Bakı dünyanın ən gözəl şəhəri kimi inkişaf edir. Bakıya gələn qonaqlar, o cümlədən mənim həmkarlarım həmişə paytaxtda gedən quruculuq-abadlıq işləri haqqında öz təəssüratlarını bölüşürlər və qeyd edirlər ki, Bakı doğrudan da dünyanın ən gözəl şəhərlərindən biridir” – deyə prezident bildirib.

Şəhər üzrə görülən abadlıq işlərini xatırladan dövlət başçısı Eldar Əzizovdan görülən işlər barədə hesabat istəyib.

Eldar Əzizov bu gün Bakı Şəhər İcra Hakimiyyətinin və rayon icra hakimiyyətlərinin balansında 11 min yaşayış binası olduğunu deyib: “Onları şərti olaraq həyətləri olan və olmayanlara bölmək olar. Deməli, bu gün həyətləri olan binaların sayı 6331-dir. Sizin tapşırığınıza uyğun olaraq, 2018-2019-cu illərdə 273 nümunəvi məhəllə yaradılıb. Bu proses davam edir. İlin axırınadək daha 15 yeni nümunəvi məhəllə istifadəyə veriləcək. Bizim hesablamalarımıza görə, yaxın illərdə hələ 743 bu cür layihə icra etmək mümkündür”.

Prezident İlham Əliyev abadlıq işlərinin çox vacib olduğunu, vətəndaşların gündəlik həyatda üzləşdikləri problemlərdən biri sayıldığını qeyd edib: “Əlbəttə ki, həyətlər, ilk növbədə, vətəndaşlar üçün rahat, işıqlı olmalıdır, təhlükəsizlik baxımından tədbirlər görülməlidir. Bir çox inkişaf etmiş ölkələrin şəhərlərində həyətlərdə təhlükəsizlik kameraları qoyulur. İndi Bakı şəhərində bir çox yerlərdə təhlükəsizlik kameraları qoyulub və bu kameralar cinayətlərin aşkar edilməsi və cinayətkarları məsuliyyətə cəlb etmək üçün böyük rol oynayır. Hesab edirəm, həyətlərdə də təhlükəsizlik kameraları qoyulmalıdır ki, təhlükəsizlik tədbirləri daha yüksək səviyyədə təmin olunsun”.

Prezident lift təsərrüfatının da əsas problemlərdən biri olduğunu qeyd edərək, indi liftlərin quraşdırılması prosesi barədə soruşub.

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı bu sahədə Almaniyanın tanınmış “Wittur” şirkəti ilə danışıqlar aparıldığını və bu günədək 430 liftin Bakıya gətirildiyini qeyd edib: “Onlardan 130-u artıq istifadəyə verilib. Bu proses davam etdirilir. Həmin Sərəncamda 542 liftin alınması nəzərdə tutulmuşdu. Biz büdcə vəsaitindən səmərəli istifadə etmək barədə Sizin tövsiyələrinizə və tapşırıqlarınıza əsasən şirkətlə danışıqlar apardıq və beləliklə, burada vəsaitə qənaət yarandı. Biz bu qənaət hesabına ilin axırınadək əlavə 39 lift almaq niyyətindəyik, danışıqlar gedir. İlin axırınadək 581 lift quraşdırılacaq. Amma yaxın illər üçün proqnozlarımız belədir ki, 2500-ə qədər lift mərhələ-mərhələ dəyişdirilməlidir”.

Prezident qış mövsümünün yaxınlaşdığını və dam örtükləri məsələsinin aktuallaşdığını qeyd edib.

E.Əzizov şəhərdə 380 binanın dam örtüyünü təmir etmək nəzərdə tutulduğunu, amma qənaət nəticəsində 420 binanın dam örtüyünü təmir edə biləcəklərini vurğulayıb: “Bu gün demək olar ki, artıq 150 damda işlər tamamlanıb və proses gedir. Noyabrın ortalarına qədər bütün bu işi qurtarmaq niyyətindəyik”.

Dövlət başçısı bildirib ki, Bakı şəhərinin hər bir yeri abad olmalı və vətəndaşları narahat edən problemlər aradan qaldırılmalıdır. O, bəzi hallarda tikinti üçün yerlərin zəbt olunduğunu, bəzi hallarda sərəncamların qanunsuz olaraq verildiyini, ağacların qırıldığın qeyd edib: “Vətəndaşlar sağ olsunlar ki, bir çox hallarda belə vəziyyətlə üzləşdikdə müvafiq orqanlara məlumat verirlər. Yəni, bu, ictimai nəzarətin mövcudluğu deməkdir. Bundan sonra Bakıda şəhərsalma qaydaları tam təmin edilməlidir”.

Prezident İlham Əliyev: "Vətəndaşlara xidmət etmək bizim borcumuzdur">>

Prezident  rayon icra hakimiyyətləri tərəfindən vətəndaşlara yüksək diqqət olmalı olduğunu vurğulayıb. Onun sözlərinə görə, bəzi hallarda vətəndaşlar incidilir, onların problemlərinə reaksiya verilmir. Bəzi hallarda vətəndaşlardan qanunsuz olaraq müəyyən vəsait tələb edilir, rüşvətxorluq halları baş verir: “Belə siqnallar bizə çatır və rayon icra hakimiyyətləri nəticə çıxarmalıdırlar. Xoşagəlməz hallara yol verilməməlidir, vətəndaşlara maksimum diqqət göstərilməlidir, rayon icra hakimiyyətlərinin nümayəndələri kabinetdə oturub kağızlara baxmaq yox, bütün rayonlarda vətəndaşlarla görüşməlidirlər. Mənim göstərişimlə son vaxtlar bu proses bir qədər geniş vüsət alıb, amma lazımi səviyyədə deyil”. İlham Əliyev sonda Bakı şəhəri və Azərbaycanın bütün şəhərlərinin planlı şəkildə inkişaf etməli olduğunu qeyd edib: “Bakı şəhərinin nadir, özünəməxsus, tarixi memarlıq siması var. Bu, bizim böyük sərvətimizdir və hər bir tarixi binaya böyük diqqətlə yanaşılır. Biz şəhərimizi inkişaf etdirməliyik. Bir daha demək istəyirəm ki, Bakı şəhəri dünyanın ən gözəl şəhərlərindən biridir və gələcəkdə də şəhərin inkişafı ilə bağlı əlavə addımlar atılacaq”.

Əsas mövzular