SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Əli Əsədov Dmitri Medvedevlə görüşdü

© Sputnik / Ekaterina Shtukina / Mediabanka keçidПредседатель правительства РФ Дмитрий Медведев и премьер-министр Азербайджана Али Асадов (справа) перед началом заседания Совета глав правительств Содружества независимых государств (СНГ)
Председатель правительства РФ Дмитрий Медведев и премьер-министр Азербайджана Али Асадов (справа) перед началом заседания Совета глав правительств Содружества независимых государств (СНГ) - Sputnik Azərbaycan
Abunə olmaq
Rusiyanın baş naziri əvvəlcə Əli Əsədovu Azərbaycanın Baş naziri təyin olunması münasibətilə təbrik edib

BAKI, 25 oktyabr — Sputnik. Bu gün Moskvada MDB Hökumət Başçıları Şurasının iclası keçirilib.

Sputnik Azərbaycan xəbər verir ki, iclasda Azərbaycan nümayəndə heyətinə Baş Nazir Əli Əsədov başçılıq edib.

Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədov - Sputnik Azərbaycan
SİYASƏT
Baş nazir Əli Əsədov Milli Məclisin tribunasında ilk çıxışını edib

“Skolkovo” Texnoparkında keçirilən iclasda MDB hökumət başçıları iqtisadi və humanitar sahələrdə qarşılıqlı fəaliyyətin aktual məsələlərini müzakirə ediblər.

Görüş iştirakçıları cəmiyyətin rəqəmsal inkişafı sahəsində əməkdaşlıq konsepsiyasını və onun həyata keçirilməsinə dair əsas tədbirlər planını qəbul ediblər. Konsepsiya və plan MDB dövlərlərində iqtisadiyyatın rəqabətqabiliyyətliyinin, ölkələrin iqtisadi inkişafının, əhalinin rifah halının və həyat keyfiyyətinin artırlmasında başlıca rol oynayan rəqəmsal inkişaf üçün lazımi şəraitin yaradılmasına imkan verəcək.

İclasda MDB ölkələrinin İnformasiya Təhlükəsizliyinin təmin edilməsi Strategiyası haqqında qərar da qəbul edilib. Strategiya siyasi, iqtisadi, elmi-texniki, sosial, hərbi, ekoloji sahələrdə mövcud təhdidlər şəraitində MDB ölkələrinin informasiya təhlükəsizliyi istiqamətində əməkdaşlığın səmərəliliyinin artırılmasına, səylərin birləşdirilməsinə yönəldilib. Sənəddə informasiya təhlükəsizliyi sahəsində birgə razılaşdırılmış tədbirlərin keçirilməsinə, o cümlədən təhlükəsiz və sabit İnternetin təmin olunması, beynəlxalq informasiya mübadiləsi, informasiya texnologiyalarından terror məqsədi ilə istifadə olunmasının qarşısının alınması və digər sahələrdə qarşılıqlı fəaliyyətin səmərəliliyi əksini tapıb.

MDB hökumət başçıları MDB antiinhisar orqanlarının fəaliyyətinin əsas istiqamətləri, 2019-2024-cü illərdə radionaviqasiyanın inkişafı, 1979-1989-cu illər Əfqanıstan müharibəsində itkin düşmüş hərbçilərin axtarışı, MDB ölkələrinin Oyunları və bir çox digər saziş və qərarlar imzalayıblar.

© REPORTMoskvada Azərbaycanın Baş naziri Əli Əsədovla Rusiyanın hökumət başçısı Dmitri Medvedev arasında görüş keçirilib
Əli Əsədov Dmitri Medvedevlə görüşdü - Sputnik Azərbaycan
Moskvada Azərbaycanın Baş naziri Əli Əsədovla Rusiyanın hökumət başçısı Dmitri Medvedev arasında görüş keçirilib
Ümumi iclasdan sonra Azərbaycanın Baş naziri Əli Əsədovla Rusiyanın hökumət başçısı Dmitri Medvedev arasında görüş keçirilib. Görüşdə D.Medvedev əvvəlcə Əli Əsədovu Azərbaycanın Baş naziri təyin olunması münasibətilə təbrik edib: "Azərbaycan həmişə Rusiya tərəfinin dəstək və köməyinə ümid bəsləyə bilər".

 

D.Medvedev qeyd edib ki, Rusiya ilə Azərbaycan arasında ticarət dövriyyəsi artıb.

Azərbaycanın Baş naziri Ə.Əsədov isə təbrikə görə təşəkkür edib.

Xəbər lenti
0