22:08 12 Noyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0266
  • EUR1.8757
Azərbaycan bayrağı, arxa fonda ingiliscə Şərq və Qərb sözləri yazılıb

"Ən böyük nailiyyətimiz ölkəmizdəki sabitlik, təhlükəsizlik və inkişaf ilə bağlıdır"

© Sputnik / Murad Orujov
SİYASƏT
Qısa URL
34 0 0

"Yalnız 1993-cü ildə xalqın təkidli tələbi ilə Heydər Əliyev hakimiyyətə gəldikdən sonra Azərbaycanın 1991-ci ildə elan edilmiş müstəqilliyi həqiqi məzmun almağa başladı"

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 18 oktyabr — Sputnik. "18 oktyabr Azərbaycan tarixinin əlamətdar günlərindən biridir. Azərbaycan Respublikasının Ali Soveti 1991-ci il oktyabrın 18-də keçirilən iclasında "Azərbaycan Respublikasının Dövlət müstəqilliyi haqqında" Konstitusiya Aktını qəbul edib və həmin tarixdən bəri 28 ildir ki, müstəqilliyimizi qeyd edirik".

Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu, arxiv şəkli
© Fatih Aktas/Turkish Foreign Ministry/Handout via REUTERS

Bunu millət vəkili Elman Nəsirov Sputnik Azərbaycan-a açıqlamasında deyib.

Millət vəkili bildirib ki, dünyada təxminən 4 min, bəzən 5 min xalq və etnosun olduğu söyləyirlər: "Bunların içərisində cəmi 193 dövlət BMT-də təmsil olunmaq və dünya birliyinin üzvü olmaq hüququnu əldə edib. Həmin ölkələrdən biri də məhz Azərbaycandır. Bu baxımdan dövlətimiz və xalqımız xoşbəxtdir ki, dünyanın müstəqil dövlətləri və xalqları içərisində özünəməxsus yerimiz var. Azərbaycanın müstəqilliyi Sovet İttifaqının dağılması, "Soyuq müharibə"nin başa çatması kimi çox mühüm geosiyasi proseslərin məntiqi nəticəsi olaraq əldə edildi. Amma eyni zamanda biz müstəqillik yolunda çox böyük mübarizə apardıq, itkilər verdik. Müstəqil Azərbaycan dövlətinin yaranması naminə biz 20 Yanvar faciəsindən keçdik, oğullarımız və qızlarımız şəhidlik zirvəsinə qalxdılar".

Millət vəkili bildirib ki, amma əslində müstəqilliyə gedən yol Naxçıvandan başlandı: "1990-cı il noyabr ayının 17-də ulu öndər Heydər Əliyev Naxçıvan Muxtar Respublikası Ali Sovetində Azərbaycanın üçrəngli bayrağını qaldırdı, Naxçıvan Muxtar Sovet Sosialist Respublikası adından Sovet Sosialist sözlərini çıxartdı və Naxçıvan Muxtar Respublikası adlandırıldı. Və parlament də Naxçıvan Muxtar Respublikasının Ali Məclisi adlandırıldı. Eyni zamanda Ulu Öndər eyni təşəbbüslə Azərbaycanın o vaxtkı rəhbərliyi qarşısında çıxış etdi ki, Azərbaycan dövlətinin də adından Sovet Sosialist sözləri çıxarılsın və cümhuriyyətdən bizə miras qalmış üçrəngli bayrağımız Azərbaycan dövlətinin bayrağı olaraq qəbul edilsin. Bir qədər tərəddüddən sonra o zamankı Azərbaycan rəhbərliyi yalnız 1991-ci ilin fevral ayının 5-də Ulu Öndərin bu təşəbbüsünü qəbul etmək məcburiyyətində qaldı. Çünki xalq bunu tələb edirdi və xalq ulu öndər Heydər Əliyevin arxasında dayanmışdı".

"Ulu Öndər 1991-ci ilin iyul ayının 19-da Kommunist Partiyası sıralarını tərk etdi və avqustun 26-da Naxçıvanda Kommunist Partiyasının fəaliyyətinə son qoyuldu. Naxçıvan sözün həqiqi mənasında Azərbaycanda müstəqilliyə gedən yolda çox mühüm mərkəzə çevrildi.

 Yalnız 1993-cü ildə xalqın təkidli tələbi ilə Heydər Əliyev hakimiyyətə gəldikdən sonra Azərbaycanın 1991-ci ildə elan edilmiş müstəqilliyi həqiqi məzmun almağa başladı. 1993-2003-cü illər Azərbaycan tarixinə sabitlik, inkişaf illəri kimi daxil oldu ki, o da məhz ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır", - deyə o qeyd edib.

Millət vəkili diqqətə çatdırıb ki, bu gün Heydər Əliyevin şah əsəri olan Azərbaycan etibarlı əllərdədir: "Bu gün Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycanın beynəlxalq aləmdə mövqelərini kifayət qədər gücləndirib və Azərbaycana etibarlı tərəfdaş kimi baxırlar. Biz regionun lider dövlətinə çevrilmişik. Azərbaycan öz iqtisadi göstəriciləri, sosial sahədə qazandığı nailiyyətlər ilə öyünür və beynəlxalq təşkilatlar da Azərbaycanın bu nailiyyətlərini qeyd edirlər. Azərbaycan ordusu dünyanın ən güclü orduları sırasındadır. Müstəqillik illərində bizim ən böyük nailiyyətimiz ölkəmizdəki sabitlik, təhlükəsizlik və inkişaf ilə bağlıdır. Bunu da kökündə dayanan həlledici amil xalq-hakimiyyət birliyi, xalqın öz Prezidentini müdafiə etməsi və Prezidentinin də müstəqil və milli mənafeyə söykənən siyasət aparmasıdır".

Qeyd edək ki, 1991-ci il oktyabrın 18-dən Azərbaycan müstəqil, suveren bir ölkədir və xalq bu tarixi bayram kimi qeyd edir.

Əsas mövzular