22:11 12 Noyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0266
  • EUR1.8757
Sərnişinlər hava limanında qeydiyyatdan keçirlər, arxiv şəkli

Nazir: "Əgər erməni soyadlı rusiyalı Azərbaycana gəlmək istəsə, Allah xatirinə, gəlsin"

© Sputnik / Ramil Sitdikov
SİYASƏT
Qısa URL
124810

Azərbaycan XİN-in başçısı erməni əsilli Rusiya vətəndaşlarının hansı halda Azərbaycana gələ biləcəklərinə aydınlıq gətirib

BAKI, 17 oktyabr — Sputnik. Əgər erməni soyadlı Rusiya vətəndaşları Azərbaycana gəlmək istəsələr, qoy əvvəlcədən öz planları barədə Azərbaycan səfirliyini xəbərdar eləsinlər.

Sputnik Azərbaycan xəbər verir ki, bunu Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov "İzvestiya" qəzetinə müsahibəsində erməni əsilli Rusiya Federasiyası vətəndaşlarının respublikaya buraxılmaması praktikasının normaya çevrilib-çevrilmədiyi barədə sualı cavablandırarkən deyib.

Jurnalist AR Xarici İşlər Nazirinə 2018-ci ilin yayında, müharibə vaxtı Leninqradın mühasirəsində qalmış 81 yaşlı etnik erməni Olqa Barseqyanın Bakıya uçduğu, ancaq hava limanından buraxılmadığı və ölkədən deportasiya edildiyi barədə danışıb.

"Mən bu münaqişə barədə bilmirəm, nəsə xatırlamadım. Bəzən bu, PR nöqteyi-nəzərindən edilir - erməni mənşəli insanlar bu məsələnin bütün həssaslığını bilirlər", - deyə Məmmədyarov bildirib.

"Əgər Azərbaycana gəlmək istəyən hansısa erməni soyadlı Rusiya vətəndaşı varsa, Allah xatirinə, qoy gəlsin! Amma qoy heç olmasa, qabaqcadan səfirliyimizə məlumat versinlər, çünki Azərbaycanla Rusiya arasında vizasız giriş rejimi var. Ancaq əvvəlcədən məlumat verilsə, onda mövcud münaqişə ilə əlaqədar olaraq Azərbaycandakı emosional fon nəzərə alınmaqla, hər hansı bir həddin aşılmasına yol verilməyəcək", - deyə Xarici İşlər Nazirliyinin başçısı xəbərdarlıq edib.

"Biz həmişə Rusiya tərəfi ilə bu mövzuda kifayət qədər açıq danışırıq", - deyə Məmmədyarov əlavə edib.

Əsas mövzular