05:02 24 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
SİYASƏT
Qısa URL
2110

"Sabah prezidentlərin görüşündə, yəqin ki, bu məsələyə də toxunula bilər. Yəni, məsələ müzakirə oluna bilər"

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 14 oktyabr - Sputnik. “Azərbaycan Türkiyənin Suriyanın şimal-şərqində keçirdiyi hərbi əməliyyatla bağlı öz mövqeyini bildirib. Bugünkü nazirlər iclasında isə bu məsələ müzakirə predmeti olmayıb”.

Sputnik Azərbaycan xəbər verir ki, bunu Türk Şurasının Xarici İşlər Nazirləri Şurasının VII iclasından sonra keçirilən mətbuat konfransında xarici işlər nazirinin müavini Ramiz Həsənov bildirib.

“Azərbaycan dövləti olaraq artıq bu məsələyə münasibətimizi bildirmişik. Bir daha qeyd etmək istəyirəm ki, bu məsələ bugünkü iclasda müzakirə olunmayıb. Sabah prezidentlərin görüşündə, yəqin ki, bu məsələyə də toxunula bilər. Yəni, məsələ müzakirə oluna bilər”.

Qeyd edək ki, Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (Türk Şurası) Xarici İşlər Nazirləri Şurasının VII iclası keçirilib.

Турецкий военный конвой в Килисе недалеко от турецко-сирийской границы
© Mehmet Ali Dag/ Ihlas News Agency (IHA) via REUTERS ATTENTION EDITORS

İclasda Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Macarıstanın xarici işlər nazirləri – Elmar Məmmədyarov, Mövlud Çavuşoğlu, Muxtar Tleuberdi, Çingiz Aydarbekov, Abdulaziz Kamilov və Peter Syarto iştirak ediblər.

Xatırladaq ki, sabah Bakıda Türk Şurasının VII sammiti keçiriləcək.

Qeyd edək ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası türkdilli ölkələr arasında dialoq və əməkdaşlığı təşviq etmək üçün yaradılan beynəlxalq platformadır. Şura 2009-cu il oktyabrın 3-də Naxçıvanda keçirilən sammitdə yaradılıb. Onun fəaliyyət prinsipləri 16 sentyabr 2010-cu il tarixli İstanbul Bəyannaməsində əksini tapıb. İlk mərhələdə Türk Şurasına Türkiyə, Azərbaycan, Qazaxıstan və Qırğızıstan daxil olub. Bu il Özbəkistan da Türk Şurasına qoşulub.

Əsas mövzular