05:29 23 Oktyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0267
  • EUR1.8961
Seçkilər, arxiv şəkli

"Azərbaycandan hamının umacağı var"

© Sputnik / Murad Orujov
SİYASƏT
Qısa URL
9 0 0

"Onlar ərazilərinin dəqiq sərhədini bilmirlər. Bu problemin həlli üçün hazırda iş aparılır" - komitə sədri

Eldar Tanriverdiyev, Sputnik Azərbaycan

BAKI, 11 oktyabr — Sputnik. “Ölkə bələdiyyə seçkilərinə hazırlaşır, ciddi sınaq qarşısındayıq, bir neçə dəfə bu sınaqdan çıxmışıq. Azərbaycan da elə bir məkanda yerləşir ki, hamının umacağı var. Hətta dostlarımızın da... Çalışırlar ki, hansısa formada təzyiq etsinlər”.

Sputnik Azərbaycan xəbər verir ki, bunu Milli Məclisin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə dairə seçki komissiyalarının sədrləri üçün keçirilən seminar-müşavirədə deyib.

Komitə sədrinin sözlərinə görə, əsas məsələ Azərbaycan dövlətinin, xalqının maraqlarını qorumaqdır.

Arif Rəhimzadə eyni zamanda vurğulayıb ki, bu gün bələdiyyələr vergilərini tam yığa bilmir: "Çünki ərazilərinin dəqiq sərhədini bilmirlər. Bu problemin həlli üçün hazırda iş aparılır".

Əsas mövzular