03:38 20 Oktyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0265
  • EUR1.8907
İlham Əliyev Türkiyənin Təhsil nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

İlham Əliyev Türkiyənin Təhsil nazirini qəbul edib

© Official website of President of Azerbaijan Republic
SİYASƏT
Qısa URL
9 0 0

“Türkiyə-Azərbaycan qardaşlığı, birliyi sarsılmazdır. Biz bütün sahələrdə - həm siyasi sahədə, həm də iqtisadi, nəqliyyat, enerji, mədəniyyət, təhsil sahələrində gözəl nəticələri görürük”

BAKI, 10 oktyabr — Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 10-da Türkiyə Respublikasının Təhsil naziri Ziya Selçukun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

 Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakıdakı Rus Kitab Evinin 10 illiyi münasibətilə ölkəmizdə səfərdə olan Rusiya nümayəndə heyətini qəbul edib
© Official website of President of Azerbaijan Republic

Sputnik Azərbaycan xəbər verir ki, məlumatı Azərbaycan Prezidentinin Mətbuat xidməti yayıb. 

Prezident İlham Əliyev Türkiyə-Azərbaycan əlaqələrinin bütün sahələrdə ən yüksək zirvədə olduğunu qeyd edib: “Elə bir sahə yoxdur ki, biz o sahədə əməkdaşlıq etməyək. O cümlədən sizin rəhbərlik etdiyiniz sahə də həm bu gün üçün, həm də gələcək üçün çox önəmlidir ki, gələcək nəsillərimiz milli ruhda, vətənpərvərlik ruhunda tərbiyə alsınlar, bilikli savadlı olsunlar və gələcəkdə ölkələrimizin inkişafında fəal olsunlar. Sizi səmimiyyətlə salamlayıram. Türkiyə-Azərbaycan qardaşlığı, birliyi sarsılmazdır. Biz bütün sahələrdə - həm siyasi sahədə, həm də iqtisadi, nəqliyyat, enerji, mədəniyyət, təhsil sahələrində gözəl nəticələri görürük.

Bildiyiniz kimi, bir neçə gündən sonra Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Zirvə Görüşü keçiriləcək. Biz bu görüşə ciddi hazırlaşırıq və əminəm ki, qəbul ediləcək qərarlar türkdilli dövlətlərin birliyini daha da möhkəmləndirəcək”.

Azərbaycan Prezidenti Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla onu qardaşlıq münasibətlərinin bağladığını da deyib. Dövlət başçısı qeyd edib ki, Azərbaycanla Türkiyə arasında böyük sərvət olan dostluq və qardaşlığın möhkəm iş birliyinə çevirməsinə nail olunub. Prezident İlham Əliyev bildirib ki, dünya miqyasında Azərbaycan və Türkiyə qədər bir-birinə yaxın ölkələr yoxdur.

Dövlətimizin başçısı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə keçən il Bakıda hərbi paradın keçirildiyini, Azərbaycan və Türkiyə hərbçilərinin çiyin-çiyinə Bakının mərkəzində təntənəli keçid etdiklərini xatırladaraq, xalqlarımızın bunu böyük fəxr hissi ilə izlədiyini bildirib.

Görüşdə ali və peşə təhsili sahəsində əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.

Əsas mövzular