CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Əli Həsənov: “Azərbaycan və Rusiya arasında münasibətlər yüksələn xətt üzrə inkişaf edir”

© AZƏRTACBakıda Rus Kitab Evinin açılmasının 10 illik yubileyi qeyd olunub
Bakıda Rus Kitab Evinin açılmasının 10 illik yubileyi qeyd olunub - Sputnik Azərbaycan
Abunə olmaq
Bakı ilə Moskva arasındakı strateji tərəfdaşlığın təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulub, bu gün Azərbaycan və Rusiya prezidentləri İlham Əliyev və Vladimir Putin tərəfindən uğurla davam etdirilir

BAKI, 10 oktyabr — Sputnik. “Azərbaycanla Rusiya arasında münasibətlər yüksələn xətt üzrə inkişaf etməkdədir”. Sputnik Azərbaycan xəbər verir ki, bunu Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi-şöbə müdiri Əli Həsənov Bakıda "Rus kitabları evi"nin 10 illiyinə həsr olunmuş tədbirdə deyib.

"Müstəqillik qazandıqdan sonra rus dili millətlərarası dil mövqeyini itirməyib və hələ də ona tələbat var. 300-dən çox ümumtəhsil məktəbində təhsilin rus dilində aparılması buna parlaq nümunədir. Son illərdə rusdilli siniflərə tələbat artır. Demək olar ki, bütün dövlət və bəzi özəl ali təhsil müəssisələrində təhsil eyni vaxtda iki dildə - Azərbaycan və rus dillərində aparılır", - deyə Ə.Həsənov vurğulayıb.

© AZƏRTACBakıda Rus Kitab Evinin açılmasının 10 illik yubileyi qeyd olunub
Əli Həsənov: “Azərbaycan və Rusiya arasında münasibətlər yüksələn xətt üzrə inkişaf edir” - Sputnik Azərbaycan
Bakıda Rus Kitab Evinin açılmasının 10 illik yubileyi qeyd olunub

Onun sözlərinə görə, Azərbaycan əhalisinin böyük hissəsi rus dilində danışır, gənc nəsil onu öyrənməyə həqiqi maraq göstərir.

Ə.Həsənov bildirib ki, Bakıda A.Puşkin, M.Lermontov, L.Tolstoyun adlarını daşıyan küçələr var, muzeylərdə isə rus şairlərinin Azərbaycan torpağına səfərləri ilə bağlı xatirələr etibarlı şəkildə qorunur.

Prezidentin İctimai-siyasi məsələlər üzrə köməkçisi bu gün Azərbaycanda rus dilində teatrların fəaliyyət göstərdiyini, Bakı Slavyan Universiteti kimi müxtəlif universitetlərin olduğunu, rus dilində dövri nəşrlərin, o cümlədən rus dilində jurnalların, dərsliklərin, bədii ədəbiyyatın, KİV-in fəaliyyət göstərdiyini və telekanallarda rusdilli proqramların yayımlandığını vurğulayıb.

Həsənovun sözlərinə görə, regionda öz ana dilini, mədəniyyətini və milli adət-ənənələrini qoruyan etnik ruslar bu gün ən çox Azərbaycanda yaşayır.

"Onlar cəmiyyətin ictimai-siyasi, elmi-mədəni, sosial-iqtisadi həyatında geniş təmsil olunur və dövlətçiliyimizin möhkəmlənməsində fəal iştirak edirlər", - deyə şöbə müdiri qeyd edib.

© AZƏRTACBakıda Rus Kitab Evinin açılmasının 10 illik yubileyi qeyd olunub
Əli Həsənov: “Azərbaycan və Rusiya arasında münasibətlər yüksələn xətt üzrə inkişaf edir” - Sputnik Azərbaycan
Bakıda Rus Kitab Evinin açılmasının 10 illik yubileyi qeyd olunub

"Ölkələrimiz və xalqlarımız öz aralarında mehriban qonşuluq və dostluq ənənələrini qoruyub saxlayıb. Ümumiyyətlə, Azərbaycan və Rusiya xalqları arasında münasibətlərin dərin kökləri var", - deyən Həsənov sözlərinə görə, bu gün Azərbaycan və Rusiya mədəniyyət sahəsində də əlaqələrini möhkəmləndirməyə səy göstərir.

Ə.Həsənov Bakı ilə Moskva arasındakı strateji tərəfdaşlığın təməlinin məhz ulu öndər Heydər Əliyev tərəfindən qoyulduğunu, bu gün onun Azərbaycan və Rusiya prezidentləri İlham Əliyev və Vladimir Putin tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırıb.

O əlavə edib ki, ölkələrin və xalqların qarşılıqlı maraqlarına cavab verən hərtərəfli əməkdaşlığın inkişafı və möhkəmlənməsi tam gücü ilə davam edir.

Xəbər lenti
0