SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Sabiq deputat cinayət məsuliyyətinə cəlb oluna bilər

© APARafael Cəbrayılov, arxiv şəkli
Rafael Cəbrayılov, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
MSK üzvü Hüseyn Paşayev bildirib ki, Rafael Cəbrayılov öz vəsiqəsini girov qoymaqla minlərlə seçicisinin etimadını ayaqlar altına atıb

BAKI, 2 oktyabr — Sputnik. “Mandatından imtina edən sabiq deputat Rafael Cəbrayılov cinayət məsuliyyətinə cəlb oluna bilər”.

Sputnik Azərbaycan xəbər verir ki, bununla bağlı Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında komissiya üzvləri fikir səsləndiriblər.

Заседание Милли Меджлиса Азербайджана - Sputnik Azərbaycan
CƏMİYYƏT
Deputat kimi qocalmaq: Milli Məclis elə bir qərar verdi ki...

MSK üzvü Hüseyn Paşayev bildirib ki, Rafael Cəbrayılov öz vəsiqəsini girov qoymaqla minlərlə seçicisinin etimadını ayaqlar altına atıb. O deyib ki, Rafael Cəbrayılovun addımları əxlaqa, mənəviyyata ziddir: "Rafael Cəbrayılovun mandatdan məhrum edilməsi düzgün qərardır".

Bundan əvvəl Baş prokuror Zakir Qaralov Rafael Cəbrayılovun fəaliyyətinin araşdırılacağını deyib: “Mərkəzi Seçki Komissiyası deputat Rafael Cəbrayılovun fəaliyyətinə xitam verdikdən sonra onunla bağlı məsələ müzakirə olunacaq. Onun aldığı borcla bağlı vətəndaşlar məhkəmələrə müraciətlər ediblər. Məhkəmədə onun dələduzluq və digər cinayətləri müəyyən edilsə, barəsində xüsusi qərardad çıxarıb, prokurorluğa göndəriləcək. Daha sonra Baş Prokurorluqda araşdırma aparılacaq”.

Xatırladaq ki, R.Cəbrayılov 300 min dollar borca görə deputat vəsiqəsini girov qoyub. Onun bir neçə şəxsə borclu olduğu bildirilir.

Xəbər lenti
0