SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Əli Əhmədov: "Müxalifətin yeni qanadı yaranıb"

© Sputnik / Murad OrujovBaş nazirin müavini Əli Əhmədov
Baş nazirin müavini Əli Əhmədov - Sputnik Azərbaycan
Abunə olmaq
"Ölkədə siyasi proseslərdə iştirak niyyətini ortaya qoyan siyasi fəallar Azərbaycanda deyil, kənarda fəaliyyət göstərirlər"

BAKI, 30 avqust — Sputnik. Bu gün Yeni Azərbaycan Partiyasında (YAP) Səbail və Xətai rayonlarının ilk partiya təşkilatlarının sədrləri ilə müşavirə keçirilib.

Sputnik Azərbaycan APA-ya istinadən bildirir ki, müşavirədə YAP sədrinin müavini - icra katibi, Baş nazirin müavini Əli Əhmədov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Milli Məclisin deputatları, YAP üzvləri iştirak edib.

Azərbaycan prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov - Sputnik Azərbaycan
SİYASƏT
Əli Həsənov: "Dövlətin hansısa "fədailər qrupu"na ehtiyacı yoxdur"

Tədbiri giriş sözü ilə açan YAP sədrinin müavini-icra katibi Əli Əhmədov deyib ki, YAP-ın 750 minə yaxın üzvü var, bu qədər say statistika deyil, bunun arxasında Heydər Əliyev siyasətinə hörmət və inam dayanır: “Azərbaycanda heç zaman bir təşkilatın sırasında bu qədər üzv olmayıb. Bundan sonra da partiyanın işini gücləndirmək istiqamətində çalışacağıq. Azərbaycan müxalifəti hökumətə qarşı kampaniya aparır. Müxalifətin yeni qanadı - mühacir müxalifəti yaranıb. Təəssüf hissi ilə qeyd etmək istəyirəm ki, ölkədə siyasi proseslərdə iştirak niyyətini ortaya qoyan siyasi fəallar Azərbaycanda deyil, kənarda fəaliyyət göstərirlər. Onların siyasi fəaliyyətlə əlaqədar davranışları ciddi şəkildə suallar doğurur. Xoşagəlməz hal ondan ibarətdir ki, bu qrup insanlar ayrı-ayrı dairələrin alətinə çevrilə bilərlər. Belə bir təhlükə mövcuddur. Müxtəlif dövrlərdə müxtəlif ölkələrdə siyasi mühacirlər həmin ölkələr üçün ciddi problemlər yaradıblar. Azərbaycan ictimaiyyəti onların xoşagəlməz hərəkətlərinə öz münasibətini bildirməlidir”.

Baş nazirin müavini qeyd edib ki, son zamanlar müasir texnologiyalardan istifadə edərək Azərbaycan reallıqlarına kölgə salır, şər-böhtan səsləndirirlər. O, YAP üzvlərinə müraciət edərək deyib ki, yalan üzərində qurulan təbliğata qarşı addımlar atmalı, öz fikirlərini bildirməlidirlər.

Xəbər lenti
0