SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Putin İlham Əliyevi Qələbə paradına dəvət etdi

© Official website of President of Azerbaijan RepublicAzərbaycan və Rusiya prezidentləri İlham Əliyev və Vladimir Putininin görüşü. Rusiya, Soçi, “Boçarov Ruçey” dövlət iqamətgahı. 1 sentyabr 2018-ci il
Azərbaycan və Rusiya prezidentləri İlham Əliyev və Vladimir Putininin görüşü. Rusiya, Soçi, “Boçarov Ruçey” dövlət iqamətgahı. 1 sentyabr 2018-ci il  - Sputnik Azərbaycan
Abunə olmaq
Böyük Vətən Müharibəsində qələbənin 75 illiyi tədbirlərinə MDB-nin bütün liderləri dəvət alıblar

BAKI, 23 avqust — Sputnik. Rusiya Federasiyası Prezidenti Vladimir Putin Azərbaycan Respublikası Prezidenti İlham Əliyevi Böyük Vətən Müharibəsində qələbənin 75 illiyi ilə bağlı 2020-ci il 9 mayda keçiriləcək Qələbə Paradına dəvət edib.

Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun rəsmi qarşılanma mərasimi - Sputnik Azərbaycan
Prezidentlər görüşdülər

Bu barədə Sputnik Azərbaycan-a Rusiya dövlət başçısının administrasiyasındakı tədbirin hazırlanması ilə tanış olan mənbə bildirib. Mənbə qeyd edib ki, Qələbə paradına MDB-nin bütün liderləri dəvət alıblar.

Bundan əvvəl xəbər verilmişdi ki, Rusiya Prezidenti Vladimir Putin qələbənin 75 illiyi tədbirlərinə Fransa, Çin, ABŞ, KXDR, Hindistan və Pakistan liderlərini də dəvət edib.

Qeyd edək ki, 2015-ci ildə Rusiyada keçirilən Qələbə Paradında 23 dövlətin rəhbəri, eləcə də BMT və YUNECKO rəhbərləri iştirak etmişdilər.

Xəbər lenti
0