05:42 27 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
SİYASƏT
Qısa URL
105 0 0

Nazirlər sonuncu dəfə Vaşinqtonda görüşüblər

BAKI, 14 avqust — Sputnik. Ermənistan xarici işlər naziri Zöhrab Mnatsakanyan bu gün mətbuata açıqlamasında azərbaycanlı həmkarı Elmar Məmmədyarovla keçiriləcək növbəti görüşü barədə danışıb. Bu barədə Sputnik Ermənistan xəbər verir.

Erməni nazir vurğulayıb ki, sonuncu dəfə azərbaycanlı həmkarı ilə iki ay əvvəl görüşüb və bu dinamikanı saxlamaq planlaşdırılır.

Qeyd edək ki, sonuncu dəfə nazirlər ATƏT-in Minsk qrupunun həmsədrlərinin (İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa) və Endryu Şoferin (ABŞ)) vasitəçiliyi ilə iyunun 20-də Vaşinqtonda görüşüblər.

Vaşinqtonda Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Elmar Məmmədyarov və Zöhrab Mnatsakanyan yaxın vaxtlarda həmsədrlərin vasitəçiliyi ilə növbəti görüşün keçirilməsi barədə razılığa gəliblər.

Teqlər:
danışıqlar, Zöhrab Mnatsakanyan, Elmar Məmmədyarov, XİN, nazirlər

Əsas mövzular