SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Azərbaycan Ordusunun yaranmasından 101 il keçir

© AR Ministry of DefenseAzərbaycan Ordusunun genişmiqyaslı təlimləri başlayıb
Azərbaycan Ordusunun genişmiqyaslı təlimləri başlayıb - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycan həm döyüş qabiliyyətinə, həm də maddi-texniki imkanlarına görə, Cənubi Qafqazda ən güclü dövlət hesab olunur

BAKI, 26 iyun – Sputnik. Bu gün Azərbaycan Silahlı Qüvvələrinin yaranma günüdür.

Sputnik Azərbaycan-ın məlumatına görə, Azərbaycan Silahlı Qüvvələri Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının 26 iyun 1918-ci il tarixli qərarı ilə yaradılıb.

Пуск ракеты из зенитно-ракетного комплекса Оса во время тактических учений - Sputnik Azərbaycan
Azərbaycan ordusu düşmən təxribatının qarşısını aldı - VİDEO

1920-ci ildə Azərbaycan Sovet Rusiyası tərəfindən işğal edildikdən sonra Azərbaycanın hərbi nazirliyi rəsmən ləğv edilib, Azərbaycan ordusunun 21 generalından 15-i bolşeviklər tərəfindən güllələnib.

Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonra, 1991-ci ilin sentyabrında Ali Sovetin qərarı ilə Müdafiə Nazirliyi, oktyabrın 9-da isə qarşıdakı 3 ay ərzində Azərbaycan Silahlı Qüvvələrinin yaradılması barədə qərar qəbul edilib.

1998-ci il mayın 22-də prezident Heydər Əliyev imzaladığı fərmanla iyunun 26-nı Silahlı Qüvvələr günü elan edib.

Silahlı Qüvvələrin strukturuna Quru Qoşunları, Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunları və Hərbi Dəniz Qüvvələri daxildir.

Hazırda Azərbaycan həm döyüş qabiliyyətinə, həm də maddi-texniki imkanlarına görə, Cənubi Qafqazda ən güclü dövlət hesab olunur.

Xəbər lenti
0