SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Gürcü spiker Bakıya gəlir - Keşikçi Dağı  üçün

© Sputnik / Alexander ImedashviliИраклий Кобахидзе беседует с журналистами
Ираклий Кобахидзе беседует с журналистами - Sputnik Azərbaycan
Abunə olmaq
"İki ölkə arasında sərhəd məsələsi bu münasibətlərə uyğun formada danışıqlar yolu ilə həll olunacaq"

BAKI, 6 iyun — Sputnik. Gürcüstan parlamentinin sədri İrakli Kobaxidzenin Azərbaycana rəsmi səfərinin tarixi açıqlanıb.

Sputnik Azərbaycan "Report"a istinadla xəbər verir ki, səfər iyunun 20-21-də baş tutacaq. 

Gürcüstan parlamentinin sədri Azərbaycana səfəri çərçivəsində müzakirə edəcəyi məsələləri açıqlayıb. Spiker jurnalistlərə bildirib ki, Azərbaycan Gürcüstana dost ölkə və strateji tərəfdaşdır.

O deyib ki, iki ölkə arasında sərhəd məsələsi bu münasibətlərə uyğun formada danışıqlar yolu ilə həll olunacaq: "Azərbaycana rəsmi səfər çərçivəsində Keşikçi Dağı Məbəd-Kompleksi məsələsi, çoxşaxəli ikitərəfli əlaqələr və əməkdaşlığın gücləndirilməsi perspektivləri müzakirə olunacaq".

Xəbər lenti
0