12:03 18 İyun 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0264
  • EUR1.9097
Nikolas Maduro

Nikolas Maduro Azərbaycana gələcək

© REUTERS / STRINGER
SİYASƏT
Qısa URL
345 0 0

Karakasda Azərbaycan səfirliyinin açılması istiqamətində iş aparılır

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 21 may — Sputnik. “İyul ayında Venesuelada Qoşulmama Hərəkatının xarici işlər nazirləri səviyyəsində görüşü keçiriləcək. Görüşdə quruma üzv ölkələrin xarici işlər nazirləri iştirak edəcəklər və Bakıda keçiriləcək sammitə hazırlıq müzakirə olunacaq. Görüşdə Azərbaycan Xarici İşlər naziri Elmar Məmmədyarov da iştirak edəcək”. 

Sputnik Azərbaycan xəbər verir ki, bunu bu gün keçirdiyi mətbuat konfransında Venesuelanın Azərbaycandakı səfiri Kristofer Berroteran bildirib.

Venesuelanın Azərbaycandakı səfiri Kristofer Berroteran
© Sputnik / Eldar Tanryverdiyev
Venesuelanın Azərbaycandakı səfiri Kristofer Berroteran

Səfir qeyd edib ki, oktyabr ayında isə Qoşulmama Hərəkatının 18-ci zirvə görüşü keçiriləcək: "Bu sammitə Venesuela prezidenti Nikolas Maduronun rəhbərlik etdiyi nümayəndə heyəti də qatılacaq".

Səfir, həmçinin onu da vurğulayıb ki, Karakasda Azərbaycan səfirliyinin açılması istiqamətində iş aparılır.

Qeyd edək ki, Azərbaycan bu ildən başlayaraq 2022-ci ilədək Qoşulmama Hərəkatına sədrlik edəcək. Bu ilin payızında dünyanın 120 ölkəsinin nümayəndəsi Bakıda bir araya gələcəklər. Qoşulmama Hərəkatının Zirvə toplantısında 120 ölkədən 70-i xarici işlər nazirləri səviyyəsində təmsil olunacaqlar.

Qoşulmama Hərəkatı BMT-dən sonra öz üzvlərinin sayına görə dünyada ikinci iri beynəlxalq təşkilatdır. İdarəçiliyi rotasiya əsasında dəyişən təşkilatda 120 üzv, 17 müşahidəçi dövlət və 10 müşahidəçi beynəlxalq təşkilat var. Azərbaycan Qoşulmama Hərəkatına 2011-ci ildə tam hüquqlu üzv olub.

Əsas mövzular