23:26 19 Aprel 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0266
  • EUR1.9105
Azərbaycan, Rusiya və Ermənistanın xarici işlər nazirləri: Elmar Məmmədyarov, Sergey Lavrov və Zöhrab Mnatsakanyan

Moskva danışıqlarla bağlı bəyanat verdi: Mühüm razılıq əldə olunub

© Ministry of Foreign Affairs RF
SİYASƏT
Qısa URL
7645 0 0

Nazirlər insanlar arasında əlaqələrin yaranması, həmçinin, media təmsilçilərinin qarşılıqlı səfərlərinin təşkilinə dair praktik işlərin görülməsinə hazır olduqlarını bildiriblər

BAKI, 15 aprel — Sputnik. Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirləri, həmçinin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə ATƏT-in Minsk qrupunun həmsədrləri yaxınlarının məhbusları ziyarət etməsinə dair tədbir görməklə bağlı razılığa gəliblər. Sputnik Azərbaycan "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu bu ölkələrin xarici işlər nazirlərinin və ATƏT-in Minsk qrupu həmsədrlərinin Moskvada danışıqlarının yekunlarına dair birgə bəyanatında bildirilir.

Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin
© Official web-site of President of Azerbaijan Republic

"Tərəflər münaqişə zonasında, xüsusilə kənd təsərrüfatı fəaliyyəti zamanı bundan sonra da sabitlikdə maraqlı olduqlarını təsdiqləyiblər. Tərəflər, həmçinin hər iki ölkədə saxlanılan məhbusların yaxınlarının görüşməsinə dair qarşılıqlı tədbirlər barədə razılığa gəlib. Nazirlər insanlar arasında əlaqələrin yaranması, həmçinin media təmsilçilərinin qarşılıqlı səfərlərinin təşkilinə dair praktik işlərin görülməsinə hazır olduqlarını bildiriblər" - deyə Rusiya XİN-in yaydığı bəyanatda bildirilib.

Qeyd olunur ki, görüş iştirakçıları əlaqələri yaxın gələcəkdə də davam etdirmək barədə razılığa gəliblər.

Xatırladıq ki, Rusiyanın paytaxtı Moskvada bu ölkənin xarici işlər naziri Sergey Lavrovun Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistan xarici işlər naziri Zöhrab Mnatsakanyanla görüşü keçirilib.

Görüş zamanı tərəflərin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesini müzakirə edib.

Məlumata əsasən, qapalı müzakirələr 29 mart tarixində Vyanada Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında aparılmış danışıqların yekunu fonunda keçirilib.

Görüşdə ATƏT-in Minsk qrupunun həmsədrləri də iştirak ediblər.

Əsas mövzular