05:02 21 İyul 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0271
  • EUR1.9142
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın Fransanın Baş naziri Eduard Filip ilə təkbətək görüşü olub

Mehriban Əliyeva Fransanın Baş naziri ilə görüşüb

© Official website of President of Azerbaijan Republic
SİYASƏT
Qısa URL
65 0 0

Görüşdən sonra Birinci vitse-prezident Mehriban Əliyevanın və Baş nazir Eduard Filipin iştirakı ilə Azərbaycan-Fransa sənədlərinin imzalanması mərasimi keçirilib

BAKI, 12 mart – Sputnik. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın Fransaya səfəri çərçivəsində bu ölkənin Baş naziri Eduard Filip ilə təkbətək görüşü olub.

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın Fransanın Baş naziri Eduard Filip ilə təkbətək görüşü olub
© Official website of President of Azerbaijan Republic
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın Fransanın Baş naziri Eduard Filip ilə təkbətək görüşü olub

Sputnik Azərbaycan xəbər verir ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanı Fransanın Baş naziri Eduard Filip Matinyon sarayında qarşılayıb.

Daha sonra Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva ilə Fransanın Baş naziri Eduard Filipin təkbətək görüşü olib. Görüşdən sonra Birinci vitse-prezident Mehriban Əliyevanın və Baş nazir Eduard Filipin iştirakı ilə Azərbaycan-Fransa sənədlərinin imzalanması mərasimi keçirilib.

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın Fransanın Baş naziri Eduard Filip ilə təkbətək görüşü olub
© Official website of President of Azerbaijan Republic
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın Fransanın Baş naziri Eduard Filip ilə təkbətək görüşü olub

Azərbaycan Respublikası ilə Fransa İnkişaf Agentliyi arasında “Dəmir yolu sektorunun inkişafı proqramı çərçivəsində Şimal-Cənub nəqliyyat dəhlizinin Sumqayıt-Yalama dəmir yolu xəttinin yenidən qurulmasına dair konvensiya”nı Azərbaycanın maliyyə naziri Samir Şərifov və Fransanın Avropa və Xarici İşlər Nazirliyinin dövlət katibi Jan-Batist Lömuan imzalayıblar.

“Azərbaycan Mərkəzi Bankı ilə “Rotchild & Cie” Bankı arasında Strateji Əməkdaşlıq Sazişi”ni Mərkəzi Bankın sədri Elman Rüstəmov və “Rotchild & Cie” Bankının baş direktoru Aryel Malard dö Rotşild imzalayıblar.

“Əməliyyat Nəzarəti Mərkəzinin yaradılmasına dair araşdırma müqaviləsi”ni və “Xocasən” deposunun siqnalizasiya və telekommunikasiya sisteminin reallaşdırılmasına dair müqavilə”ni “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin sədri Zaur Hüseynov və “Thales International” şirkətinin baş direktoru Rafael Eskinazi imzalayıblar.

Əsas mövzular