01:21 21 Sentyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0265
  • EUR1.8799
İran bayrağı

İran səfirliyi Tehrandakı erməni təxribatını özbaşınalıq adlandırdı

© REUTERS / STR
SİYASƏT
Qısa URL
303 0 0

“Qarabağ münaqişəsi Azərbaycan Respublikasının ərazi bütövlüyünə hörmət prinsipi əsasında və sülh danışıqları yolu ilə iki tərəf arasında həllini tapacaq”

BAKI, 4 mart — Sputnik. İranın Azərbaycandakı səfirliyi Ermənistanın baş naziri Nikol Paşinyanın İrana səfəri zamanı Tehranda yaşayan bir qrup erməninin Ararat klubunda baş tutan görüşdə asdıqları plakatı və səsləndirilən şüarları özbaşına atılan addım, qəbuledilməz hal kimi qiymətləndirir və bunu pisləyir.

Paşinyanın selfisi
© Ermənistan prezidentinin rəsmi saytı
Paşinyanın selfisi

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə İran İslam Respublikasının Azərbaycandakı səfirliyinin yaydığı bəyanatda bildirilib.

"İran İslam Respublikasının Azərbaycandakı səfirliyi bəyan edir ki, İran İslam Respublikasının dövlət rəsmiləri Ermənistanın baş naziri ilə Tehranda yaşayan bir qrup erməninin Ararat klubunda baş tutmuş özəl görüşünə heç bir müdaxilə etməyib, bu görüşdə asılmış plakat və səsləndirilmiş şüarları özbaşına atılmış və qəbuledilməz bir addım kimi qiymətləndirir və bunu pisləyir", - deyə bildirilib. 

Qeyd olunub ki, İran İslam Respublikası Azərbaycan Respublikasının müstəqillik qazandığı ilk və çətin günlərində həmişə Azərbaycan dövləti və millətinin yanında olub, Azərbaycan Respublikasının ərazi bütövlüyünü dəstəkləyib və bu siyasətini dəyişməyəcək.

"Həmçinin düşünürük ki, Qarabağ münaqişəsi Azərbaycan Respublikasının ərazi bütövlüyünə hörmət prinsipi əsasında və sülh danışıqları yolu ilə iki tərəf arasında həllini tapacaq. İran İslam Respublikasının Azərbaycan Respublikası ilə dostluğu və qardaşlığı əbədidir və heç bir təxribat iki xalqın iradəsinə xələl yetirə bilməz", - bəyanatda qeyd olunub.

Əlaqədar

Paşinyanın İran səfərinə hazırlıq gedir
Paşinyan İranla dostluqlarından danışdı
İran ətrafında vəziyyət Ermənistanı narahat edir - Paşinyan
İran sükutu pozdu: Paşinyanın səfəri zamanı yaşanan qalmaqala münasibət bildirildi

Əsas mövzular