15:26 18 Fevral 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0255
  • EUR1.9187
Qriqori Trofimçuk

Rusiyalı politoloq: “Bu qiyməti ruslar da verməlidir”

© REPORT
SİYASƏT
Qısa URL
34 0 0

Q.Trofimçuk qeyd edib ki, 20 Yanvar Azərbaycan tarixində bir qara daşdır.

BAKI, 21 yanvar — Sputnik. 1990-cı ilin 20 yanvarı suveren Azərbaycanın tarixində əsas günlərdən biridir.

Sputnik Azərbaycan AZƏRTAC-a istinadla xəbər verir ki, bu barədə Azərbaycanın Moskvadakı səfirliyində 20 Yanvar qurbanlarının xatirəsinə həsr olunan tədbirdə rusiyalı politoloq, publisist Qriqori Trofimçuk bildirib.

“Qara Yanvar” xronoloji baxımdan Tbilisi və Vilnüs hadisələrinin arasında baş verib. Bütün bunlar eyni zəncirin halqalarıdır və bütövlükdə, o vaxt hakimiyyətdə hökm sürən cinayətkarcasına məsuliyyətsizlikdən xəbər verir. Hamımızın yadındadır ki, Bakıda, Tbilisidə, Vilnüsdə nə baş verir sualına Mixail Qorbaçov necə cavab verirdi. O, hər dəfə eyni sözü deyirdi: “Mənim xəbərim yoxdur, öyrənmək lazımdır, komissiya yaratmaq lazımdır” və s. Buna görə də məsuliyyət kimi məsələni həll etmək vacibdir və Sovet İttifaqının o zamankı rəhbərliyinin cinayətkar fəaliyyətsizliyini rəsmi əsasda, hüquqi rejimdə qiymətləndirmək lazımdır. Bu qiyməti təkcə azərbaycanlılar deyil, ruslar da verməlidir”, - deyə o bildirib.

Politoloq 1990-cı il 20 Yanvar hadisələrinin Azərbaycanın gələcək tarixində əhəmiyyətini qeyd edərək deyib: “Mən özümün “Əlifba: Azərbaycanı kəşf edərkən” adlı kitabımda yazmışam ki, Mixail Qorbaçov Azərbaycan üçün ikinci Hitlerdir. Mən bu kitab üzərində işləməyə başlamazdan əvvəl Şəhidlər xiyabanını ziyarət etmişəm, əlimi şəhidlərin başdaşılarına sürtmüşəm. Məndə elə bir hiss var idi ki, sanki onlar o günlərin faciəli enerjisini özlərində saxlayırlar”.

Q.Trofimçuk qeyd edib ki, 20 Yanvar Azərbaycan tarixində bir qara daşdır. “Lakin Azərbaycanın yeni dövlətçiliyinin bünövrəsində təkcə qara deyil, ağ daşlar da qoyulub. Azərbaycan tarixində mühüm hadisələrdən biri də Heydər Əliyevin ölkədə xaosu aradan qaldırmaq məsuliyyətini öz üzərinə götürməsi oldu. İndi Azərbaycan gələcəyə doğru inamla irəliləyir və uğurlar qazanır”, - deyə politoloq vurğulayıb.

Əsas mövzular