21:13 16 İyul 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0271
  • EUR1.9142
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Rusiyanın Xarici İşlər Naziri Sergey Lavrovu qəbul edib

İlham Əliyev Sergey Lavrovu qəbul etdi

© Official website of President of Azerbaijan Republic
SİYASƏT
Qısa URL
25 0 0

Azərbaycan prezidenti Rusiyanın xarici işlər nazirini qəbul etdi

BAKI, 13 dekabr - Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 13-də Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrovu qəbul edib.

Sputnik Azərbaycan xəbər verir ki, Azərbaycan 2019-cu ilin Dağlıq Qarabağ münaqişəsinin nizamlanma prosesinə yeni impuls verəcəyinə ümid edir.

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Rusiyanın Xarici İşlər Naziri Sergey Lavrovu qəbul edib
© Official website of President of Azerbaijan Republic
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Rusiyanın Xarici İşlər Naziri Sergey Lavrovu qəbul edib

Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 13-də Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrovla görüşü zamanı deyib.

Prezident bu məsələdə ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri kimi Rusiyanın səylərinə ümid bəslədiyini dilə gətirib: "Biz bu gün Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məsələləri də müzakirə edəcəyik. Ümid edirik ki, 2019-cu il nizamlanma prosesinə yeni impuls verəcək. Əlbəttə ki, münaqişənin həlli ilə bağlı ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri kimi Rusiyanın səylərinə ümid edirik. Biz bir çox sahələrdə qarşılıqlı fəaliyyət göstəririk. Mən, həmçinin Şimal-Cənub dəhlizinin yaradılması ilə bağlı bizim fəaliyyətimizin nəticələrini məmnunluqla qeyd etmək istərdim. Biz bu istiqamətdə fəal qarşılıqlı fəaliyyət göstəririk. Müvafiq strukturlar, nəqliyyat qurumları çox məhsuldar işləyirlər. Biz bu il artıq yaxşı nəticələri görürük. Biz digər tərəfdaşlarımızla, qonşularımızla bu layihəni mümkün qədər tez başa çatdırmaq üçün birgə səylərimizi davam etdirəcəyik".

Sergey Lavrov isə Rusiya Dağlıq Qarabağ münaqişəsinin ədalətli və qarşılıqlı məqbul həllində maraqlı olduğunu deyib.

"Biz Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Bakı ilə Yerevan arasında birbaşa dialoqa kömək göstərməyə davam etmək istəyirik. Bilirəm ki, Sizin Ermənistanın baş naziri ilə birbaşa danışıqlarınız olub. Mənim həmkarım və dostum Elmar Məhərrəm oğlu Məmmədyarovun Ermənistanın xarici işlər naziri vəzifəsini icra edən Zöhrab Mnatsakanyanla danışıqları olub. Bu gün biz əlbəttə ki, Sizin irəliyə doğru hansı addımlar atılacağını necə dəyərləndirdiyinizi bilməkdə son dərəcə maraqlıyıq. İstəyirik ki, münaqişə ədalətli, qarşılıqlı məqbul həll olunsun. Rusiya Federasiyası həm öz səyləri ilə, həm də ATƏT-in Rusiya, Fransa və ABŞ-ın daxil olduğu Minsk qrupunun həmsədr üçlüyünün üzvü kimi bu cür razılaşmaların əldə edilməsinə nail olmaq üçün əlindən gələni edəcək" – deyə, xarici işlər naziri əlavə edib.

Əsas mövzular