SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

ATƏT səfirləri Azərbaycana səfər edəcəklər: Məqsəd...

© Photo : OSCE / Mikhail EvstafievФлаги ОБСЕ
Флаги ОБСЕ - Sputnik Azərbaycan
Abunə olmaq
ATƏT yanında 25 daimi nümayəndədən ibarət heyət Azərbaycana səfər edəcək

BAKI, 17 iyun — Sputnik. ATƏT-in 25 daimi təmsilçisindən ibarət qrup 18-22 iyun tarixlərində Ermənistan, Azərbaycan və Gürcüstana səfər edəcək.

Sputnik Azərbaycan ATƏT-in saytına istinadən xəbər verir ki, səfirlər hər üç ölkədə rəhbərlik və parlament, həmçinin vətəndaş cəmiyyəti nümayəndələri ilə görüşəcəklər.

Onlar yerlərdə reallıqlarla tanış olacaq və bu barədə yerli rəsmilərə və görüşəcəkləri digər şəxslərə məlumat verəcəklər.

Məlumata əsasən, səfərin məqsədi səfirlərin ATƏT öhdəlikləri və prinsiplərinə uyğun olaraq stabillik, sülh və rifaha dəstəklərini nümayiş etdirməsidir. 

Xəbər lenti
0