21:07 18 Oktyabr 2018
Canlı yayım
  • RUB0.0259
  • USD1.7000
  • EUR1.9550
Konqresmen Mett Qaets

ABŞ Konqresinin üzvü Azərbaycanla bağlı bəyanat verdi

© AP Photo / Jose Luis Magana
SİYASƏT
Qısa URL
455 0 0

Konqresmen Mətyü Gaetz Azərbaycanın müstəqilliyinin 100 illiyinin qeyd olunduğunu diqqətə çatdıraraq, ABŞ-Azərbaycan münasibətlərinin önəm və əhəmiyyətini xüsusi vurğulayıb

BAKI, 13 iyun — Sputnik. 8 iyun 2018-ci il tarixində ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü Mətyü Gaetz (Florida – Respublikaçı) Azərbaycan Demokratik Respublikasının 100 illik yubileyi ilə əlaqədar bəyanatla edib. Bu barədə Sputnik Azərbaycan-a Birləşmiş Ştatların Azərbaycandakı səfirliyindən daxil olan məlumatda bildirilir.

Konqresmen Mətyü Gaetz çıxışının əvvəlində Azərbaycanın müstəqilliyinin 100 illiyinin qeyd olunduğunu diqqətə çatdıraraq, ABŞ-Azərbaycan münasibətlərinin önəm və əhəmiyyətini xüsusi vurğulayıb.

Azərbaycanın tarix boyu Sovet İttifaqı istilasına qarşı olduğu konqresmen tərəfindən bildirilib. Ölkəmizin qadınların seçki hüququnun təmin edilməsi sahəsində ilklərdən olduğu, Azərbaycanın müsəlman dünyasında ilk dünyəvi parlament demokratiyası qurduğu çıxışda qeyd edilmişdir. Azərbaycanın günbəgün müdafiə, əkskəşfiyyat və terrorçuluq əleyhinə mübarizə sahəsində əməkdaşlıq etdiyi, 11 sentyabr hadisələrindən sonra ABŞ-a təmənnasız dəstək verdiyi diqqətə çatdırılıb.

Konqresmen Gaetz çıxışın sonunda Azərbaycan xalqının tərəqqisinin və ABŞ-la möhkəm münasibətlərinin növbəti 100 ildə daha da inkişaf edəcəyinə əminliyini ifadə edib.

Əlaqədar

ABŞ Konqresindən Azərbaycanla bağlı bəyanat
Paşinyandan sensasion bəyanat: İl ərzində istefa verəcəyəm
Avropalı məmurdan Qarabağ probleminin həllinə dair sərt bəyanat
Azərbaycan XİN-dən Ermənistanın son təxribatına qarşı sərt bəyanat

Əsas mövzular