15:49 04 Avqust 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
SİYASƏT
Qısa URL
105 0 0

Azərbaycanın Niderland Krallığındakı müvəqqəti işlər vəkili Cəlal Mirzəyev məktəbin müəllim və şagird heyətinin qarşısında cıxış edib

BAKI, 10 may — Sputnik. Bu gun Niderland Krallığındakı Azərbaycan Səfirliyinin binasında ümummilli lider Heydər Əliyevin 95 illiyi ilə əlaqədar xüsusi tədbir keçirilib.

Səfirlikdən Sputnik Azərbaycan-a verilən məlumatda bildirilir ki, tədbirdə həftəsonu "Haaqa Azərbaycan məktəbi"nin müəllim və şagird heyəti iştirak edib. Tədbir səfirliyin dəstəyi və "Ana Vətən" Niderland Azərbaycanlı Qadınlar Birliyinin təşkilatçılığı ilə təşkil olunub.

Niderland Krallığındakı Azərbaycan Səfirliyinin binasında ümummilli lider Heydər Əliyevin 95 illiyi ilə əlaqədar xüsusi tədbir keçirilib
© Photo : Niderland Krallığındakı Azərbaycan Səfirliyinin mətbuat xidməti
Niderland Krallığındakı Azərbaycan Səfirliyinin binasında ümummilli lider Heydər Əliyevin 95 illiyi ilə əlaqədar xüsusi tədbir keçirilib

Azərbaycan Respublikası Dövlət Himninin səsləndirilməsindən sonra Azərbaycanın Niderland Krallığındakı müvəqqəti işlər vəkili Cəlal Mirzəyev məktəbin müəllim və şagird heyətinin qarşısında cıxış edib. Dahi Heydər Əliyev şəxsiyyətindən, onun həyat və fəaliyyətindən söhbət açan C.Mirzəyev yeni Azərbaycan tarixində Heydər Əliyev fəaliyyətinin müstəsna rolundan və dahi liderin vəfatından sonrakı illərdə cənab İlham Əliyevin onun siyasi kursunu ugurla davam etdirməsindən, Azərbaycan Respublikasının son illərdə qazandığı nailiyyətlərdən danışıb və tədbir iştirakçılarından Heydər Əliyevin xatirəsini 1 dəqiqəlik sükutla anmalarını xahiş edib. Eyni zamanda yenidən fəaliyyətə başlayan Nizami Gəncəvi adına həftəsonu "Haaqa Azərbaycan məktəbi"nin müəllim və şagirdlərini də təbrik edərək uğurlar arzulayıb.

Sonra "Ana Vətən" Niderland Azərbaycanlı Qadınlar Birliyinin rəhbəri Mayisə Ağamirzəyeva cıxış edib. Məktəbin könüllü müəlliməsi Almaz Kərimli də cıxış edərək Ulu Öndər Heydər Əliyevin xatirəsini anıb və Hollandiyada doğulub boya-başa çatan uşaqlara yaxın tariximizi, ana vətənimizin musiqisini, mədəniyyətini, tanınmış adamlarını, liderlərini tanıtmağın önəmli olduğunu qeyd edib.

Sonda Heydər Əliyevin əziz xatirəsinə həsr olunmus xüsusi dərsdə məktəbin şagirdləri şeir kompozisiyalarını təqdim ediblər və dahi lider haqqında sənədli filmə baxıblar.

Teqlər:
tədbir, Heydər Əliyev, səfirlik, Niderland Krallığı

Əsas mövzular