23:32 18 Noyabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0258
  • EUR1.9267
MSK Katibliyinin Seçkilər İnformasiya Mərkəzinin müdiri Fərid Orucov

MSK yeni nəticələri açıqladı: İlham Əliyev 86 faizlə qalib gəlib

© Sputnik / Murad Orujov
SİYASƏT
Qısa URL
51 0 0

Prezident seçkilərində seçici siyahılarında olan 5 milyon 314 min 365 seçicidən 3 milyon 959 min 553 nəfəri səs verib, seçici fəallığı 74,51 faiz olub

BAKI, 12 aprel — Sputnik. Bu gün keçirilən prezident seçkilərində 125 seçki dairəsi üzrə 5 min 641 seçki məntəqəsindən 5 min 201  seçki məntəqəsi hesabat verib.

Sputnik Azərbaycan-ın məlumatına görə, Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bunu bu gün keçirilən mətbuat konfransında bildirib.

MSK sədri deyib ki, 3 milyon 959  min 553 bülletendən 3 milyon 723 min 278 bülleten sayılıb. Beləliklə, emal olunmuş bülletenlərə əsasən İlham Əliyev 86 faiz, Qüdrət Həsənquliyev 3,04  faiz, Sərdar Cəlaloğlu 3,02 faiz, Zahid Oruc 3,11 faiz, Hafiz Hacıyev 1,51 faiz, Araz Əlizadə 1,39  faiz, Fərəc Quliyev 1,18  faiz və Razi Nurullayev 0, 75 faiz səs toplayıb.

Qeyd edək ki, prezident seçkilərində seçici siyahılarında olan 5 milyon 314 min 365 seçicidən 3 milyon 959  min 553 nəfəri səs verib, seçici fəallığı 74,51 faiz olub.

Teqlər:
İlham Əliyev, nəticələr, MSK, prezident seçkiləri

Əsas mövzular