11:51 02 Dekabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
SİYASƏT
Qısa URL
91 0 0

Qətər dövləti ilə Azərbaycan arasında bütün sahələrdə yüksək səviyyəli əməkdaşlıq mövcuddur

BAKI, 14 dekabr — Sputnik. Bu gün Qətər dövlətinin Azərbaycandakı səfirliyi ölkənin Milli Günü münasibəti ilə rəsmi qəbul təşkil edib. Sputnik Azərbaycan xəbər verir ki, hər iki ölkənin dövlət himnləri səsləndirildikdən sonra səfir Yusif bin Həsən əl-Saai Qətərlə Azərbaycan arasındakı əlaqələrdən söz açıb.

Səfir bildirib ki, Qətər dövləti ilə Azərbaycan arasında bütün sahələrdə yüksək səviyyəli əməkdaşlıq mövcuddur və bu əməkdaşlığın daha da inkişaf edəcəyinə ümid edir. O qeyd edib ki, Milli Gün 18 dekabr 1878-ci ildə Qətər Dövlətinin Şeyx Casim bin Məhəmməd Al Tani tərəfindən yaradılması münasibətilə qeyd edilir və bu bayram Qətərin yaranma tarixini, irsini və bu dövlət qurularkən əsaslandığı ali məqsədləri və ümidləri təcəssüm etdirir.

Azərbaycan hökuməti adından Qətər xalqını təbrik edən fövqəladə hallar naziri Kəmaləddin Heydərov bildirib ki, ötən 46 il ərzində uğurlu inkişaf yolu keçən Qətər dövləti dünya birliyinin bir çox regional və qlobal problemlərinin həllində konstruktiv rol oynayan, beynəlxalq münasibətlərdə ədalətli mövqe nümayiş etdirən, güclü iqtisadiyyata malik layiqli bir üzvünə çevrilib. Azərbaycanla Qətər arasındakı dostluq və əməkdaşlıq münasibətlərinə toxunan nazir qeyd edib ki, bu dostluq münasibətlərinin əsası ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə – 1994-cü ildə diplomatik əlaqələrin qurulması ilə qoyulub.

Əlaqədar

Qətər böhranı bu sahəni də vurdu
"Qətərdəki hərbi bazanı tərk etməyəcəyik"
Qətər böhranı yeni müzakirələrə səbəb olub
Qətər - İran əlaqələri bərpa olunur
Qətər böhranında dönüş baş verir
Teqlər:
Qətər Dövləti, Yusif bin Həsən Əl-Saai, milli bayram, Kəmaləddin Heydərov, Azərbaycan, səfir

Əsas mövzular