23:02 15 İyul 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0269
  • EUR1.9162
lham Əliyev BMT-nin baş katibi Antonio Quterreş ilə görüşüb

İlham Əliyev BMT-ni əməli addımlar atmağa çağırıb

© Official website of President of Azerbaijan Republic
SİYASƏT
Qısa URL
29 0 0

Prezident İlham Əliyev: "Ermənistan qondarma xəritələr icad edərək Dağlıq Qarabağı oraya daxil edir"

BAKI, 21 sentyabr — Sputnik. “Azərbaycan bizim köhnə dostumuzdur. Azərbaycan çox böyük və faydalı işlər görür, təşəbbüslər və tədbirlər həyata keçirir”.

Sputnik Azərbaycan-ın məlumatına görə, bunu BMT-nin baş katibi Antonio Quterreş Azərbaycan Prezidenti İlham Əliyev ilə görüşündə deyib.

Antonio Quterreş Azərbaycan ilə BMT arasında əməkdaşlığın yüksək səviyyədə olduğunu deyib, qarşılıqlı anlaşmanın mövcudluğunu vurğulayıb. Qeyd edib ki, Azərbaycan BMT-nin layihələrində fəal iştirak edir. Qurumun baş katibi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən narahatlığını ifadə edib, münaqişənin həlli ilə bağlı həmsədrlərin əllərindən gələni edəcəklərinə ümidvar olduğunu bildirib. 

İlham Əliyev ABŞ Prezidenti Donald Trampın və xanımının adından təşkil olunmuş qəbulda iştirak edib
© Official website of President of Azerbaijan Republic

Prezident İlham Əliyev Azərbaycanın BMT çərçivəsində böyük işlər gördüyünü deyib. Dövlət başçısı BMT-nin Sivilizasiyalar Alyansının qlobal forumları, mədəniyyətlərarası dialoq forumları, Avropa Şurası ilə əməkdaşlıq çərçivəsində Bakıda keçirilən tədbirlərdən danışdı və bu cür layihələrin ölkəmizdə davam etdiyini dedi.

Dövlət başçısı Azərbaycan iqtisadiyyatının inkişaf etdiyini, yoxsulluğun aşağı səviyyədə olduğunu, savadlılığın 100 faizə yaxınlaşdığını vurğulayıb. Prezident İlham Əliyev Ermənistan tərəfinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlara mane olduğunu və münaqişənin həllinin uzadılmasına çalışdığını bildirib. 

Azərbaycan Prezidenti qeyd edib ki, ölkəmiz bu münaqişənin sülh yolu ilə həll edilməsini istəyir. Ancaq bu istiqamətdə təşəbbüslər göstərilsə də nəticə yoxdur. Dövlət başçısı deyib ki, biz istəyirik insanlarımız öz dədə-baba yurdlarına qayıdıb orada rahat yaşasınlar.

Prezident İlham Əliyev Cəbrayıl rayonunun işğaldan azad olunmuş Cocuq Mərcanlı kəndinin bərpası barədə də danışıb. Bildirib ki, bu kənddə bütün lazımı infrastruktur yaradılıb. Dövlət başçısı qeyd edib ki, Ermənistan qondarma xəritələr icad edir, Dağlıq Qarabağı oraya daxil edir və bir çox ölkələrdən erməniləri Azərbaycanın işğal olunmuş ərazilərinə yerləşdirir. Azərbaycan Prezidenti vurğulayıb ki, BMT bütün bunları nəzərə almalı və həmsədrlərə mesaj göndərməlidir.

Əlaqədar

Azərbaycan və ABŞ prezidentləri arasında görüş olub
İlham Əliyevdən sərt çıxış: "Cəza apreldəki kimi olacaq"
İlham Əliyev BMT tribunasından dünyaya səsləndi: "25 illik işğal faktı var"
Abbasov: “BMT-də islahatların vaxtı yetişib”
Teqlər:
Dağlıq Qarabağ münaqişəsi, BMT, Antonio Quterreş, İlham Əliyev, Cocuq Mərcanlı kəndi, Cəbrayıl rayonu, Bakı, Ermənistan, Azərbaycan

Əsas mövzular