09:09 29 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
SİYASƏT
Qısa URL
39 0 0

Donald Tramp Səudiyyə Ərəbistanındakı çıxışında İranı bölgədə terrorizmi dəstəkləməkdə ittiham edib

BAKI, 22 may — Sputnik. ABŞ prezidenti Donald Trampın Səudiyyə Ərəbistanında İran əleyhinə etdiyi çıxışa rəsmi Tehranın cavabı gecikməyib. Sputnik İran xəbər verir ki, ölkənin Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasımi, Trampın İranın ünvanına yönəlmiş sözlərini əsassız adlandırıb:

“Böyük İran xalqı 12-ci prezident seçkilərini əzəmətlə keçirdi və İslam Respublikası sisteminə öz bağlılığını elan etdi. Üstündən 48 saat keçməmiş, hörmətli Tramp İrana qarşı əsassız iddialar səsləndirdi və çalışdı ki, iranofobiyanı geniş yayaraq, region ölkələrini Amerika silahları almağa daha da maraqlandırsın. Bütün bunlar sionist İsrail rejiminin mövqeyini möhkəmləndirməyə xidmət edir".

Xatırladaq ki, Donald Tramp Səudiyyə Ərəbistanındakı çıxışında İranı bölgədə terrorizmi dəstəkləməkdə ittiham edib.

Əsas mövzular