05:16 21 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0230
  • EUR2.0562
SİYASƏT
Qısa URL
22010

Azərbaycanla Qazaxıstan təkcə dost deyil, həm də qardaşdır

BAKI, 1 aprel — Sputnik. Qazaxıstan prezidenti Nursultan Nazarbayev 2-3 aprel tarixlərində Azərbaycana rəsmi səfərə gələcək. Səfər zamanı tərəflər arasında dövlətlərarası əməkdaşlığa dair dörd sənəd imzalanacaq. Ölkələr arasında diplomatik münasibətlər 27 avqust 1992-ci ildə qurulub. Hər iki ölkə Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY), Müstəqil Dövlətlər Birliyinin (MDB), İqtisadi Əməkdaşlıq təşkilatının (İƏT) və ATƏT-in üzvüdür.

Azərbaycan-Qazaxıstan münasibətlərinin inkişafına yeni təkan vermək üçün Azərbaycan prezidenti İlham Əliyev 2004-cü ilin martında Astanaya səfər edib. Eyni məqsədlə Qazaxıstan prezidenti Nursultan Nazarbayev də 2005-ci ilin mayında Bakıya səfər edib. Bu səfərlər zamanı ikitərəfli sənədlər, o cümlədən də "Strateji əməkdaşlıq və müttəfiqlik münasibətlərinə dair saziş" imzalanıb.

Azərbaycan Dövlət İqtisadiyyat və Planlaşdırma Komitəsinin sədr müavini Surxay Tağızadə, Əli Məsimli və həmin komitənin Material Ehtiyatları şöbəsinin müdiri Ayaz müəllim
© Sputnik
Azərbaycan Dövlət İqtisadiyyat və Planlaşdırma Komitəsinin sədr müavini Surxay Tağızadə, Əli Məsimli və həmin komitənin Material Ehtiyatları şöbəsinin müdiri Ayaz müəllim

Nursultan Nazarbayevin Azərbaycana növbəti səfəri 12 oktyabr 2016-cı ildə olmalı idi. Lakin təəssüf ki, həmin vaxt Azərbaycana şəxsən böyük hörmət bəsləyən Nazarbayevin səhhətində ciddi problem yaranmış və o, Bakıya gələ bilməmişdi. Qeyd edək ki, Azərbaycanla Qazaxıstan arasında təkcə dostluq deyil, həm də qardaşlıq münasibətləri var. Bu respublikalar arasında həm keçmiş SSRİ vaxtında, həm də müstəqillik dövründə çox yaxşı münasibətlər olub.

Sputnik Azərbaycan-a iki ölkə arasında müstəqilliyin ilk illərində ilkin münasibətlərin qurulmasına dair 1993-cü ilə aid arxiv fotoşəkilləri daxil olub.

İşçi qrupun müzakirələri
© Sputnik
İşçi qrupun müzakirələri

Bu fotoşəkillərdən birindəki həmin dövrdə baş nazirin səlahiyyətlərini həyata keçirən, hazırda Milli Məclisin deputatı olan Əli Məsimli şəklə baxaraq bizə yaddaşımızı təzələməyə kömək etdi.

Onun sözlərinə görə, bu şəkillər 1993-cü ildə çəkilib. Həmin vaxt Azərbaycan nümayəndə heyəti onun başçılığı altında Qazaxıstana səfərə gedib. "Məndən solda Azərbaycan Dövlət İqtisadiyyat və Planlaşdırma Komitəsinin (sonradan İqtisadiyyat Nazirliyi oldu) sədr müavini Surxay Tağızadə, sağımdakı isə həmin komitənin Material Ehtiyatları şöbəsinin müdiri Ayaz müəllimdir. Üçüncü şəkil işçi qrupunun işlədiyi vaxt çəkilib. Biz o vaxt Qazaxıstan, Özbəkistan və Qırğızıstanda rəsmi səfərdə olduq" — deyə Məsimli xatırlayır.

Qazaxıstana səfər zamanı o vaxtkı baş nazir Tereşenko ilə çox məhsuldar görüşlər olmuşdu
© Sputnik
Qazaxıstana səfər zamanı o vaxtkı baş nazir Tereşenko ilə çox məhsuldar görüşlər olmuşdu

Deputatın sözlərinə görə, Azərbaycanla həmin ölkələrin hərtərəfli iqtisadi əməkdaşlığına dair üst-üstə 16 müxtəlif yönlü müqavilələr imzalayıblar. Səfər və görüş çox uğurlu keçib.

Əli Məsimli deyib ki, qəbul N.Nazarbayev tərəfindən çox yüksək səviyyədə təşkil olunubmiş. "Qazaxıstan səfəri zamanı mənim həm Qazaxıstanın o vaxtkı baş naziri S. Tereşenko, həm də prezident N.Nazarbayevlə yüksək səviyyədə görüşlərim olub" — deyə sabiq baş nazir bildirib.

Əlaqədar

Azərbaycan və Qazaxıstan XİN rəhbərləri görüşüblər
Qazaxıstan Prezidenti Azərbaycana səfərə hazırlaşır
Qazaxıstan Prezidenti Azərbaycana səfər edəcək
Teqlər:
TÜRKSOY, Azərbaycan-Qazaxıstan, İƏT, ATƏT, Azərbaycan, Nursultan Nazarbayev, Əli Məsimli, Qazaxıstan

Əsas mövzular