06:12 18 İyun 2018
Canlı yayım
  • RUB0.0272
  • USD1.7000
  • EUR2.0067
Saatlıda keçirilən müşavirədə Azərbaycan prezidenti İlham Əliyevin çıxışı

İlham Əliyevdən Ermənistana sərt bəyanat: "Daş-daş üstdə qalmayacaq"

© Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi
SİYASƏT
Qısa URL
7821

Azərbaycan prezidenti: "Uzaqmənzilli raketlərdən, pilotsuz aparatlardan istifadə etsək, düşmənin daşı-daş üstdə qalmayacaq"

BAKI, 31 mart-Sputnik. "Ermənilər bilsin ki, əgər hərbi gücümüzdən tam istifadə etsək, onların daş üstdə daşı qalmayacaq".

Sputnik Azərbaycan xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Azərbaycan Ordusunun aprel qələbələrinin ildönümü ilə əlaqədar bu gün bir qrup hərbçi ilə görüşdə deyib.

"Bu gün Ermənistan rəhbərliyi öz təxribatçı fəaliyyətini davam etdirir. Aprel döyüşlərindən sonra bir müddət təşviş, qorxu içində idi. İndi elə bil ki, o stressdən bir qədər çıxmağa çalışır və yenə də cəfəng bəyanatlar verir, bizi hədələməyə, hansısa silahlarla qorxutmağa çalışır. Bizim buna gülməyimiz gəlir" — deyə prezident bildirib.

İlham Əliyevin sözlərinə görə, Azərbaycan Ordusu, texnikası, silah-sursatı, müasir silahları o qədər güclüdür ki, düşmənin istənilən strateji və hərbi obyektini məhv etməyə hər an hazırdır.

İlham Əliyev Azərbaycan Ordusunun aprel qələbələrinin ildönümü ilə əlaqədar bir qrup hərbçimizlə görüş keçirib
© Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

"Elə bir strateji və hərbi hədəf yoxdur ki, biz onu məhv edə bilməyək. Biz sadəcə olaraq çalışırıq ki, məsələ sülh yolu ilə həll olunsun. Ancaq son illər ərzində aldığımız ən müasir, — mən onu bir daha qeyd etmək istəyirəm, — dünyanın ən müasir silahları bizə çox böyük imkan yaradır" — prezident deyib. 

Aprel döyüşləri zamanı Azərbaycanın sadəcə imkanlarının cüzi bir faizini nümayiş etdirdiyini vurğularan dövlət başçısı, həmin əməliyyatların Ermənistanın təxribatı olduğunu dilə gətirib.

"İndi bəziləri müxtəlif versiyalar, fərziyyələr irəli sürürlər ki, Azərbaycan əməliyyat keçirməyi planlaşdırırdı, o da sonra dayandırıldı və sair. Birincisi, biz nəyi etmək istəmişiksə, onu da etmişik. Əks-hücum əməliyyatında qarşımızda hansı hədəflər durmuşdusa, biz o hədəflərə də çatdıq. Bu gün hərbçilər və beynəlxalq mütəxəssislər bilirlər ki, əldə etdiyimiz strateji mövqelər tamamilə vəziyyəti dəyişdirib. Əgər aprel döyüşləri zamanı genişmiqyaslı əməliyyat keçirmək fikrində idiksə, biz öz hərbi potensialımızdan istifadə edərdik. Bunlar sirr deyil. Burada hər şey beynəlxalq monitorinq altındadır. Bilirlər ki, bizim uzaqmənzilli raketlərimizin, pilotsuz döyüş aparatlarımızın gücü nədən ibarətdir. Biz onlardan demək olar ki, istifadə etmədik. Amma əgər istifadə etsək, işğal olunmuş torpaqlarda düşmənin daşı-daş üstdə qalmayacaq" — deyən İlham Əliyev "özünü növbəti dəfə biabır edən Ermənistanın siyasi rəhbərliyi"ni danışığına fikir verməyə, Azərbaycanın səbri ilə az oynamağa çağırıb.

Əlaqədar

İlham Əliyev: "Ermənistan depressiyada yaşayan bir ölkədir"
Prezident aprel qələbəsi ilə bağlı hərbçilərlə görüşüb
Teqlər:
aprel döyüşləri, Ermənistan, prezident, hərbçilərlə görüş, İlham Əliyev, Azərbaycan Respublikası

Əsas mövzular