14:58 23 Sentyabr 2017
Canlı yayım
Xəzər dənizinin kosmosdan çəkilişi

Xəzərin hüquqi statusu üzrə məsləhətləşmələr keçirilib

© Foto: Zeihan Geopolitics
SİYASƏT
Qısa URL
47 0 0

Azərbaycan və Rusiya arasında Xəzər dənizinin hüquqi statusu üzrə ikitərəfli məsləhətləşmələr keçirilib

BAKI, 27 dek — Sputnik. Bu gün Bakıda Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında Xəzər dənizinin hüquqi statusu üzrə ikitərəfli məsləhətləşmələr keçirilib. Bu barədə Sputnik-ə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətindən məlumat verilib.

Görüşdə Azərbaycan Respublikası xarici işlər nazirinin müavini Xələf Xələfovun və Rusiya Federasiyası Prezidentinin MDB İştirakçı-Dövlətləri ilə sərhədlərin delimitasiyası və demarkasiyası üzrə xüsusi nümayəndəsi, Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri İqor Bratçikovun rəhbərlik etdiyi nümayəndə heyətləri iştirak edib.

Görüşdə, Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya layihəsi üzrə geniş fikir mübadiləsi aparılmış və Xəzəryanı ölkələrin Zirvə Toplantısına hazırlıq məqsədilə keçirilməsi nəzərdə tutulan Xəzəryanı ölkələrin Xarici İşlər Nazirlərinin Müşavirəsinə qədər sözügedən Konvensiya layihəsində açıq qalan bütün məsələlər üzrə razılığın əldə olunmasının vacibliyi vurğulanıb. Bu məqsədlə, Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın işlənib-hazırlanması üzrə Xəzəryanı ölkələrin xarici işlər nazirlərinin müavinləri səviyyəsində Xüsusi İşçi Qrupunun növbəti görüşünün səmərəli yekunlaşması üçün birgə səylərin artırılması zəruriliyi qeyd edilib.

Müzakirələr zamanı bütün Xəzəryanı ölkələr tərəfindən qəbul ediləcək Konvensiyanın hər bir sahilyanı dövlətin suveren hüquqlarının təmin olunmasına və onların maraqlarına xidmət etməli olduğuna dair fikri bölüşüblər. Hər iki ölkə arasında mövcud olan mehriban qonşuluq və dostluq münasibətləri ruhunda keçən görüşdə Xəzər dənizi məsələləri üzrə ikitərəfli formatda aparılan məsləhətləşmələrin mövqelərin yaxınlaşdırılmasına və açıq qalan məsələlərin razılaşdırılmasına xidmət etdiyi qeyd edilib.

Əlaqədar

Tehranda Xəzərin taleyi həll olunur
Tezliklə Xəzərin hüquqi statusu ilə bağlı konvensiya imzalana bilər
Xəzərin hüquqi statusu ilə bağlı növbəti görüş Tehranda olacaq
Xəzərin hava məkanı təhlükədədir
Teqlər:
məsləhətləşmə, hüquqi status, Xəzər, Rusiya, Azərbaycan

Əsas mövzular