22:02 20 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0230
  • EUR2.0562
SİYASƏT
Qısa URL
26 0 0

Qazaxıstan Azərbaycana həm iqtisadi, həm də siyasi sahədə dəstək olan qardaş respublikalardan biridir"

BAKI, 13 okt — Sputnik. "İndi Qazaxıstan və Azərbaycan öz müstəqilliklərinin 25 illiyi ərəfəsindədir. Bu, keçmişi dərk edib gələcək üçün planlar qurmağa səbəbdir".

Bu gün Sputnik Beynəlxalq Mətbuat Mərkəzində, "Azərbaycan-Qazaxıstan münasibətlərinin perspektivləri" mövzusunda keçirilən video-körpüdə, Qazaxıstanın "Nur Otan" partiyasının Milli Siyasət İnstitutunun direktor müavini Vladimir Telnov deyib. Onun sözlərinə görə, Qazaxıstanda 25 illik yubileyi rekord məhsul ilə qeyd edirlər.

"Bizim münasibətlərin təməlini ölkə başçılarının münasibətləri təşkil edir. Bu təməlin əsasını bizim liderlər —Heydər Əliyev və Nursultan Nazarbayev qoyub. Bizim xalqların qardaşlıq əlaqələri də dövlətlərimiz arasındakı əlaqələrə təsir edir, lakin burada əsas amil ticarət və iqtisadi əlaqələrdir. Azərbaycanla Qazaxıstanın 700-dən artıq birgə şirkəti Qazaxıstanda, 60-a yaxını isə Azərbaycanda fəaliyyət göstərir", — deyə o bildirib.

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının İnzibati idarəetmə fakültəsinin dekanı Çingiz İsmayılovun sözlərinə görə isə, Azərbaycan-Qazaxıstan münasibətləri postsovet məkanında mühüm yer tutur: "Qazaxıstan Azərbaycana həm iqtisadi, həm siyasi sahədə dəstək olan qardaş respublikalardan biridir və biz bunu dəyərləndiririk. Dövlətlərarası münasibətlərin inkişafına yönələn uzaqgörən və düzgün siyasət bir neçə mühüm razılaşmalara nail olmağa imkan yaratdı. Bu sazişlərin əsasını "Strateji Əməkdaşlıq Haqqında" müqavilə təşkil edir. Bir çox beynəlxalq meydanlarda Azərbaycan və Qazaxıstan vahid mövqe sərgiləyir, burada qarşılıqlı dəstək çox vacibdir", — deyə o bildirib.

Ekspertin fikrincə, Azərbaycan və Qazaxıstanın iqtisadi və siyasi sahədə ortaq maraqları çoxdur, lakin fərqli məqamlar da var: "Biz artıq postneft dövrü haqda düşünməliyik. Bu dövr gözləniləndən tez gəldi — biz artıq bu dövrdəyik. Buna əsasən, Azərbaycan enerji sektorunun inkişafı ilə yanaşı, artıq bir neçə ildir ki, qeyri-neft sektorunun inkişafı siyasətini həyata keçirir".

Əlaqədar

Ermənistan və Qazaxıstandakı istefaların arxasında nə durur?
Qazaxıstan Prezidenti Azərbaycana səfərə hazırlaşır
Qazaxıstanda "sarı" terror təhlükəsi səviyyəsinin müddəti uzadıldı
Azərbaycandan qovulan idmançı Rio-2016-nın qızıl medalını Qazaxıstana apardı
Fətullah Gülən Qazaxıstanın da düşməni elan olundu
"Qazaxıstanda baş verənlər Qərbdən idarə olunur"
Teqlər:
Çingiz İsmayılov, Vladimir Telnov, münasibət, video-körpü, müstəqillik, Azərbaycan, Qazaxıstan

Əsas mövzular