05:26 30 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
SİYASƏT
Qısa URL
21830

Azərbaycan prezidenti KXDR-in başçısını təbrik edib.

BAKI, 8 sent-Sputnik. Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Koreya Əmək Partiyasının Sədri, Koreya Xalq Demokratik Respublikasının Dövlət İşləri üzrə Komissiyasının Sədri, Koreya Xalq Ordusunun Ali Baş Komandanı, Zati-aliləri cənab Kim Çen Ina təbrik məktubu ünvanlayıb.

Sputnik president.az-a istinadla xəbər verir ki, İlham Əliyevin Kim Çen Ina ünvanladığı məktubda deyilir:

"Ölkənizin milli bayramı — Koreya Xalq Demokratik Respublikasının yaranması günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Ümidvaram ki, ölkələrimiz arasındakı münasibətlər xalqlarımızın mənafelərinə uyğun olaraq inkişaf edəcək və möhkəmlənəcəkdir.

Belə bir əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost xalqınıza əmin-amanlıq və rifah diləyirəm."

Əlaqədar

Kim Çen İndən AIDS, Ebola, SARS, MERS və quş qripinə qarşı dərman
Şimali Koreya liderinin qardaşı yoxa çıxıb
Şimali Koreya hidrogen bombasına malikdir
Şimali Koreya Cənubi Koreyaya dostluq əlini uzadıb
Teqlər:
Kim Çen In, Koreya Xalq Demokratik Respublikası, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev

Əsas mövzular