14:58 22 Oktyabr 2018
Canlı yayım
  • RUB0.0259
  • USD1.7000
  • EUR1.9570
Президенты Азербайджана и Ирана выступают с заявлениями для прессы

Sabah Bakıda tarix yazılacaq

© AZƏRTAC
SİYASƏT
Qısa URL
1394352

Həsən Ruhani: İnanıram ki, üçtərəfli görüşdə terrorizmə qarşı mübarizə və iqtisadi əməkdaşlıq sahəsində mühüm razılaşmalar əldə ediləcək.

BAKI, 7 avq-Sputnik. "Hökumətlərarası birgə komissiya çox uğurla işləyir. Səfər ərəfəsində Neftçalada İran avtomobil zavodunun açılması mühüm hadisədir."

Sputnik xəbər verir ki, Azərbaycanda rəsmi səfərdə olan İran prezidenti Həsən Ruhani ilə görüşdən sonra keçirilən mətbuat konfransında prezident İlham Əliyev belə deyib.
Bu il Azərbaycan və İran arasında ticarət dövriyyəsinin 66 faiz artdığını deyən dövlət başçısı bildirib ki, yaxın vaxtlarda İran texnologiyası ilə çalışacaq dərman zavodunun bünövrəsi də qoyulacaq:

"Şimal-Cənub Nəqliyyat Dəhlizinin yaradılması üçün də önəmli addımlar atılır. Bu ilin sonuna qədər Azərbaycan öz dəmir yolunu İran sərhədinə qədər uzadacaq. Şimal-Cənub Nəqliyyat Dəhlizinin icrasını sürətləndirmək üçün bu gün Memorandum imzalanıb. Azərbaycan tərəfi gələcəkdə bu layihənin maliyyələşdirilməsində iştirak etmək arzusundadır. Bu məsələ sabah Azərbaycan, Rusiya və İran prezidentlərinin görüşündə də müzakirə ediləcək. Üçtərəfli əməkdaşlıq formatının yaradılması təbiidir. Bunun əsasında tarix, coğrafiya və müştərək layihələr dayanır. Bu, tək ölkələr deyil, qitələr üçün böyük əhəmiyyət daşıyır. Sabah Şimal-Cənub Nəqliyyat Dəhlizi ilə bağlı tarixi addımlar atılacaq".

Prezident İlham Əliyev onu da bildirib ki, İran vətəndaşları sadələşdirilmiş viza ilə Azərbaycana gələ bilirlər.
"Görüşdə ekologiya, Xəzərlə bağlı məsələlər də müzakirə olundu. Heç bir məsələ ilə bağlı ciddi fikir ayrılığı yoxdur. Məqsəd siyasi, iqtisadi əlaqələri gücləndirməkdir" — deyə prezident əlavə edib.

Həsən Ruhani isə öz növbəsində deyib ki, Azərbaycan, İran və Rusiya prezidentləri arasında sabahkı üçtərəfli görüşün faydalı olacağına ümid edir.
"İnanıram ki, üçtərəfli görüşdə terrorizmə qarşı mübarizə və iqtisadi əməkdaşlıq sahəsində mühüm razılaşmalar əldə ediləcək." — deyə İran prezidenti bildirib.

Əlaqədar

Azərbaycanla İran arasında 6 mühüm sənəd imzalanıb
Həsən Ruhaninin rəsmi qarşılanma mərasimi keçirilib
İran prezidenti Azərbaycana gəlib

Əsas mövzular