00:01 22 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
SİYASƏT
Qısa URL
28212

Türkiyə ilə Avropa Parlamenti arasında vizanın ləğvi məsələsinin müzakirə olunacağı gözlənilir.

BAKI, 11 may – Sputnik. “Terrorçuluqla mübarizə qanunumuz Avropa standartlarına uyğun olduğu üçün biz həmin qanunu dəyişə bilmərik”. 

Sputnik CNN Turk-ə xəbər verir ki, bunu Türkiyənin Avropa Birliyi naziri Volkan Bozkır özəl telekanala müsahibəsində deyib. 

Nazir deyib ki, bundan başqa həmin qanunun Türkiyə vətəndaşları üçün vizanın ləğvi məsələsi ilə heç bir əlaqəsi yoxdur: "Terrorçuluğa qarşı mübarizə qanunun dəyişdirilməsi vizanın ləğvi ilə bağlı şərtlərə daxil deyil".

V.Bozkır etiraf edib ki, antiterror haqda qanunda dəyişikliyin ediləməməsi Avropa İttifaqı ilə Türkiyə arasında münasibətlərdə problemin yaranmasına səbəb olub: "Türkiyənin antiterror haqda qanuna dəyişiklik etmək mümkün deyil. 450-dən çox vətəndaşımız terrorun qurbanı olub. Türkiyənin terrorçulara qarşı əməliyyatlar keçirdiyi bir şəraitdə qanunda dəyişiklik mümkün deyil".

Qeyd edək ki, bu gün Türkiyə ilə Avropa Parlamenti arasında vizanın ləğvi məsələsinin müzakirə olunacağı gözlənilir.

Parlamentin Niderlanddan olan deputatı Yudin Sippel isə bildirib ki, Avropa Parlamentin sədri Martin Şults və qurumdakı siyasi fraksiyaların liderləri Türkiyə vətəndaşlarının Şengen zonasına vizasız səyahət etməsi məsələsinin müzakirəsini dayandırıb.


Əsas mövzular