SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Asim Mollazadə yenidən partiya sədri seçildi

© demreforms.orgDemokratik İslahatlar Partiyasının 5-ci qurultayı
Demokratik İslahatlar Partiyasının 5-ci qurultayı - Sputnik Azərbaycan
Abunə olmaq
Demokratik İslahatlar Partiyasının V-ci qurultayı keçirilib.

BAKI, 1 fev — Sputnik. Yanvarın 30-da Demokratik İslahatlar Partiyasının V- ci qurultayı keçirilib. Qurultayda partiyanın 55 rayon şöbəsindən 126 nəfər nümayəndə iştirak edib. 

Partiya sədri Asim Mollazadə partiyanın qurultaylararası dövrdə fəaliyyəti ilə bağlı hesabat verib. O, ölkədəki ictimai-siyasi duruma, təhsil, səhiyyə, mədəniyyət, gənclər və qadınlarla bağlı problemlərə, Ermənistan-Azərbaycan münaqişəsinin hazırkı vəziyyətinə, Azərbaycanın xarici siyasətinin prioritetlərinə toxunub. DİP-in ötən dövr ərzində ölkənin həyatında vacib rol oynayan layihələri, keçirdiyi tədbirlər barədə məlumat verib. A.Mollazadə həmçinin partiyanın qanunvericilik sahəsindəki təşəbbüsləri ilə bağlı fikirlərini bölüşüb.

© demreforms.orgDemokratik İslahatlar Partiyasının 5-ci qurultayı
Demokratik İslahatlar Partiyasının 5-ci qurultayı - Sputnik Azərbaycan
Demokratik İslahatlar Partiyasının 5-ci qurultayı

Partiya nizamnaməsinin tələbinə uyğun olaraq, qurultay partiya sədrini, Siyasi Şura və MTK- nın üzvlərini yenidən seçib. Nazim Abdullayev partiya sədrliyinə Asim Mollazadənin namizədliyini irəli sürüb. Asim Mollazadə yenidən partiyanın sədri seçilib.

Cari məsələlərin müzakirəsi zamanı qurultay nümayəndələri partiyanın Siyasi Şurasına ictimai-siyasi proseslərlə əlaqədar olaraq müxtəlif qərarların qəbul edilməsi səlahiyyətlərini verib.

Xəbər lenti
0