10:14 24 Sentyabr 2021
Canlı yayım
  • USD1.7000
  • EUR1.9961
  • RUB0.0234
© REUTERS / Andrew Kelly
Müğənni Aşanti MTV Video Music Awards 2021 tədbirində.

Tədbirə qatılan müğənnilərin əksəriyyətinin geyimi açıq-saçıqlıq üzrə fantaziya defilesinə bənzəyib. Mərasimin parlaq məqamlarını xüsusi fotolentdə izləyin.

Sentyabrın 13-də ABŞ-ın MTV kanalı növbəti musiqi mükafatlarının sahiblərini elan edib. Sputnik Azərbaycan xarici mediaya istinadən xəbər verir ki, kanadalı pop müğənni Castin Biber "MTV Video Music Awards-2021"in nominasiyasına görə "İlin İfaçısı" seçilib.
Tədbirdə çıxış edən 27 yaşlı müğənni ötən ilin koronavirus pandemiyası səbəbindən hamı üçün çətin keçdiyini və bu mükafatı qazandığına görə həyat yoldaşı Heyli Bolduinə xüsusi minnətdarlığını ifadə edib.
"İlin İfaçısı" mükafatı uğrunda həmçinin müğənni və aktrisa Ariana Qrande, "Dodja Ket" adı ilə tanınan Amala Ratna, Meqan Piti, Olivia İsabel Rodriqo və Teylor Svift kimi dünyaca məşhur sənətçilər mübarizə aparırdılar.

Tədbirə qatılan müğənnilərin əksəriyyətinin geyimi açıq-saçıqlıq üzrə fantaziya defilesinə bənzəyib. Mərasimin parlaq məqamlarını xüsusi fotolentdə izləyin.

Qeyd edək ki, MTV Video Musiqi Mükafatları MTV tərəfindən 1984-cü ildə qurulan illik musiqi video mükafatlandırma mərasimidir. Müsabiqə ilk dəfə Nyu-York şəhərində baş tutub.

Teqlər:
fotolent, mükafat, müğənni, MTV Video Music Awards, geyim

Digər fotolentlər

Əsas mövzular