18:10 23 Sentyabr 2021
Canlı yayım
  • USD1.7000
  • EUR1.9900
  • RUB0.0233
© Sputnik / Murad Orujov
Özbəkistanın Bakıdakı səfirliyində bazar ertəsi, avqustun 23-də əsl qastronomiya bayramı keçirilib və diplomatik nümayəndəlikdə "Azərbaycanda özbək mətbəxi həftəsi"nin (Uzbekistan Food Week - 2021) qalibləri mükafatlandırılıblar.

Özbəkistanın Bakıdakı səfirliyində "Azərbaycanda özbək mətbəxi həftəsi" yekunlaşıb və qaliblər mükafatlandırılıblar. Tədbirdən görüntüləri Sputnik Azərbaycan-ın fotolentində izləyə bilərsiniz.

Özbəkistanın Bakıdakı səfirliyində bazar ertəsi, avqustun 23-də əsl qastronomiya bayramı keçirilib və diplomatik nümayəndəlikdə "Azərbaycanda özbək mətbəxi həftəsi"nin (Uzbekistan Food Week - 2021) qalibləri mükafatlandırılıblar.

Özbəkistan Respublikasının müstəqilliyinin 30-cu ildönümünə həsr olunmuş bu müsabiqə avqustun 7-dən 15-dək "Facebook" sosial şəbəkəsinin "Azeri Home Chef" icmasının platformasında keçirilib.

Qaliblərin mükafatlandırılması mərasimində Özbəkistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Bəhram Əşrəfxanov təqdim olunan təamların ləzzətini tərifləyərək çıxış edib.

Onlayn müsabiqədə 60-dan çox insan fəal iştirak edib, iştirakçıların plov, samsa, şivit oş, çalop, laqman, şurpa, holvaytar, mantı, gül-xanım və s. kimi hazırladığı özbək yeməkləri isə ən populyar nəşrlərdə yer alıb.

Səfirlikdə keçirilən müsabiqənin yekunlaşdırılması mərasiminə 25 fəal iştirakçı dəvət olunub. Qaliblər diplom və qiymətli hədiyyərlə təltif olunublar. Ən sonda isə iştirakçılar səfirliyin aşpazının hazırladığı özbək plovuna qonaq olublar.

Teqlər:
Özbəkistan, Azərbaycan, səfirlik, mətbəx, müsabiqə, fotolent

Digər fotolentlər

Əsas mövzular