09:47 24 Sentyabr 2021
Canlı yayım
  • USD1.7000
  • EUR1.9961
  • RUB0.0234
© Sputnik / Murad Orujov
Qusar rayonunda dağ mənzərəsi.

Yayın ən isti ayı olan avqust hələ qarşıdadır və demək, isti günlərdən yaxa qurtarmaq üçün harasa getmək lazımdır.

Sərhədlər bağlı olduğu üçün ölkə üzrə səyahət etmək lazımdır. Burada bəzi yerlər xaricdəki bir çox turistik istiqamətlərdən hətta üstündür.

Belə yerlərdən biri ölkənin şimal-şərqindəki Qusar rayonudur.

Qusar rayonun nə ilə özünə cəlb edir? Əlbəttə ki, ilk növbədə təbiəti ilə. Böyük Qafqazın ətəklərində yerləşən bu diyar gözəl meşələr, dağ çayları, şəlalələr, dağlar və aşırımlarla zəngindir. Bölgə həm yay, həm də qış turizmi üçün çox əlverişlidir.

Sizi burada gözəl və təkrarolunmaz yerli mətbəx, bənzərsiz tarixi və mədəni abidələr, qədim yaşayış məskənləri, qonaqpərvər, gülərüz insanlar qarşılayacaqlar.

Ona görə də hətta istirahət üçün vaxtınız elə də çox deyilsə, Qusara üz tutun. Bakıdan orayadək yol 2,5 saat vaxtınızı alacaq.

Digər fotolentlər

Əsas mövzular