05:23 06 Avqust 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0122
  • RUB0.0233
© REUTERS / ANDRONIKI CHRISTODOULOU
Tokio-2020 Yay Olimpiya Oyunlarının vaxtını göstərən saat.

Yapon həkimləri, jurnalistlər Olimpiadaya qarşı çıxıb, hətta dolayı yolla imperator belə bu fikirdə olduğunu bildirib, hərçənd ki, ona siyasi bəyanatlar vermək qadağandır.

İyulun 23-də Tokioda Olimpiya oyunları start götürəcək. Pandemiyanın üçüncü dalğası fonunda bu ölkəyə 90 min insan üz tutacaq – atletlər, məşqçilər, idman funksionerləri və jurnalistlər.

Yaponlar Olimpiadanın bu il keçirilməsini istəmirdilər: mayda keçirilən sorğunun nəticəsinə görə, əhalinin 80 faizi buna qarşıdır (onların yarısı oyunların təxirə salınmasının, qalan yarısı isə ümumiyyətlə, ləğv olunmasının tərəfdarıdır).

Yapon həkimləri, jurnalistlər Olimpiadaya qarşı çıxıb, hətta dolayı yolla imperator belə bu fikirdə olduğunu bildirib, hərçənd ki, ona siyasi bəyanatlar vermək qadağandır.

Yaponiya hökuməti oyunları tamaşaçılarsız keçirmək qərarına gəlsə də, milyardlarla vəsait yatırılması və hazırlıq görülməsi səbəbindən Olimpiadanı ləğv etmək və ya başqa vaxta keçirmək fikrində deyil. Bundan başqa, Beynəlxalq Olimpiya Komitəsi turnirin ləğv olunacağı təqdirdə oyunların yayımından əldə edəcəyi milyardlarla gəlirdən məhrum olacağı üçün məhkəməyə müraciət edə bilər.

Beləliklə, çoxlarının keçirilməsini istəmədiyi Olimpiadaya Tokionun necə hazırlaşdığını əks etdirən kadrlar - bizim fotoqalereyada.

Digər fotolentlər

Əsas mövzular