01:40 01 Avqust 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0193
  • RUB0.0232
© Sputnik / Rahim Mammadov
Göranboyda günəbaxan tarlası.

Məhsuldarlığı ilə seçilən bitki bu il Bakı-Qazax avtomagistralının Goranboydan keçən hissəsində daha çox əkilib. Günəşə boylanıb, yerdə sanki onun kiçik maketini yaradan günəbaxan Sputnik Azərbaycan-ın fotolentində.

Yayı isti keçən rayonlardan biri də Goranboydur. Burada yayda günəşsiz gün demək olar ki, olmur.

Elə bu səbəbdən digər rayonlarla müqayisədə Goranboyda günəbaxan bitkisi daha çox əkilir. Mart ayında torpağa basdırılan tumlar, iyulun sonu avqustun əvvəli məhsul verir. Böyüdükcə çiçəyi günəşə bənzəyən bitkini yetişdirmək o qədər də çətin başa gəlmir.

Məhsuldar bitkinin tumları həm paketlənib satılır, həm də ondan yağ alınır. Hündürlüyü 1.5-2 metrə çatan günəbaxan Goranboyun Borsunlu, Baxçakürd, Azad, Nizami kəndlərində daha çox əkilir. Bitkidən arılar da çiçək tozu, nektar toplaya bilirlər.

Goranboyda təbiətin yaratdığı gözəlliyi Sputnik Azərbaycan-ın fotolentində izləyə bilərsiniz.

 

Digər fotolentlər

Əsas mövzular