06:31 29 İyul 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0095
  • RUB0.0231
© Sputnik / Murad Orujov
Bakının 53 nömrəli məktəbində məzunlar "Son zəng" tədbirini qeyd edir.

Düz bir il əvvəl koronavirus pandemiyası səbəbindən Bakı məktəblərində "Son zəng" mərasimi təxirə salındı və onlayn-formatda keçirildi. Amma bu il məzunlar orta məktəbi başa vurmalarını qeyd edə bildilər.

BAKI, 14 iyun — Sputnik. Düz bir il əvvəl koronavirus pandemiyası səbəbindən Bakı məktəblərində "Son zəng" mərasimi təxirə salındı və onlayn-formatda keçirildi. Amma bu il məzunlar orta məktəbi başa vurmalarını qeyd edə bildilər. Bakıdakı məktəblərdən birində "Son zəng" gününün necə keçdiyini fotolentimizdən izləyin.

"Son zəng" mərasimi, yəqin ki, hər birimizin məktəb həyatında ən unudulmaz günlərdən biridir. Həmin gün orta məktəbi başa vuran məzunlar müstəqil həyata qədəm qoyurlar. Emosiyalar aşıb daşır: valideynlər öz övladlarına baxıb sevinir, fərəhlənir, məktəblilər isə sevimli sinif yoldaşlarından və müəllimlərindən ayrılacaqları üçün kədərlənirlər. Və bütün bu hiss-həyəcan bayram əhval-ruhiyyəsində, musiqilərin, rəqslərin müşayiəti ilə, şirniyyat süfrəsi arxasında yaşanır.

Keçən il məktəb məzunları bu təntənədən məhrum oldular. Koronavirus pandemiyası səbəbindən tətbiq olunan xüsusi karantin rejimi məzunlara "Son zəng" gününü ürəkləri istədikləri kimi keçirməyə imkan vermədi. Amma bu ilin məzunlarının bəxti gətirdi, müəyyən məhdudiyyətlər olsa da, onlar məktəbə "Son zəng"lə vida edə bildilər.

Operativ Qərargahın təlimatına əsasən, "Son zəng" mərasimi açıq havada, ümumtəhsil müəssisəsinin həyətində, sosial məsafəyə əməl olunmaqla keçirilməli və bir saatdan artıq davam etməməlidir. Tədbirdə yalnız 11-ci sinif şagirdləri, məktəb rəhbərliyi və məhdud sayda müəllimlər iştirak edə bilərlər.

Məzunlarının sayı 100 nəfərdən artıq olan məktəblərdə "Son zəng" iki mərhələdə və günün fərqli saatlarında keçirilməlidir.

Digər fotolentlər

Əsas mövzular