14:36 20 İyun 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0259
  • RUB0.0235
© Sputnik / Murad Orujov
Bu gündən etibarən Bakıda bir ildən çox bağlı qalan iri ticarət mərkəzlərinin fəaliyyəti bərpa olunub.

İri ticarət mərkəzləri Bakı sakinləri üçün qapılarını açdılar. Alış-verişə gedərkən qapalı məkanlarda maska rejimi və sosial məsafəyə riayət etməyi unutmayın.

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın koronovirusun yayılmasının qarşısını almaq məqsədilə iri ticarət mərkəzlərinin fəaliyyətinə qoyduğu qadağa iyunun 10-dan aradan qaldırıldı.

Beləliklə, Bakı "mall"arındakı adlı-sanlı butiklər qapılarını yenidən müştərilərin üzünə açdı. Bu qərar Azərbaycanda hələ də qüvvədə olan karantin rejiminin yumşaldılması çərçivəsində ən çox gözlənilən qərarlardan biri idi.

Bununla belə, hökumətin qərarı ilə təhlükəsizlik tədbirləri çərçivəsində ticarət mərkəzlərinin nəzdindəki kinoteatrlar, uşaq oyun mərkəzləri hələ bağlı qalacaq. Buna baxmayaraq, şoppinq sevincini yenidən yaşamaq istəyənlərin sayı heç də az deyildi.

Yumşalmadan sonra fəaliyyətə başlayan ticarət mərkəzlərində baş verənlərlə Sputnik Azərbaycanın fotolentindən tanış ola bilərsiniz.

Ticarət mərkəzlərinə üz tutanların əksəriyyəti zərif cinsin nümayəndələri idi. Maska rejimi və sosial məsafəyə riayət etmək şərti nəzərə alınmasa, Bakı sakinləri bu gün ilk məhdudiyyətlərin tətbiq olunduğu gündən bir ildən çox vaxt keçəndən sonra artıq əvvəlki həyata qayıda bildilər.

Azərbaycanda karantin rejimi

2021-ci il avqust ayının 1-ə kimi ölkədə xüsusi karantin rejimi qüvvədədir. Bu müddət ərzində kütləvi tədbirlərin, o cümlədən, toy və yas mərasimlərinin, ad günlərinin keçirilməsi qadağan olunub, eləcə də, xarici ölkələrlə müntəzəm nəqliyyat əlaqəsi dayandırılıb. Bundan başqa, iaşə obyektlərinin işinə yalnız müştərilərə yerində xidmət, sosial məsafənin qorunması, dezinfeksiya tədbirlərinin və qoruyucu vasitələrin təmin edilməsi şərti ilə icazə verilir. Həmçinin, restoranlar yalnız gecə yarısına qədər fəaliyyət göstərə bilər. Qəlyan xidmətlərinə isə qadağa var.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Digər fotolentlər

Əsas mövzular