22:52 19 İyun 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0259
  • RUB0.0235
© Sputnik / Murad Orujov
Braziliyalı gimnast Lukas Barboza Bakıda keçirilən aerobika gimnastikası üzrə 16-cı dünya çempionatında çıxışı zamanı.

Milli Gimnastika Arenasında aerobika gimnastikası üzrə 16-cı dünya çempionatı baş çatıb. Yarışların final günündən kadrları Sputnik Azərbaycanın fotolentində izləyə bilərsiniz.

Bakıda keçirilən aerobika gimnastikası üzrə dünya çempionatının son günündə kişilər arasında fərdi, qarışıq cütlük, qrup və aerodens proqramlarında final çıxışları baş tutub.

Kişilər arasında fərdi yarışda birinci yerə İspaniya təmsilçisi Miqel Mane layıq görülüb, ikinci yerdə rusiyalı gimnast Roman Semyonov, üçdə isə braziliyalı Lukas Barboza qərarlaşıb.

Qarışıq cütlük yarışlarında qızıl medala İtaliya idmançıları (Mikela Kastoldi və David Donati) sahib çıxıblar, gümüş medalı Macarıstan təmsilçiləri (Daniel Bali və Fanni Maçaz), bürünc medalı isə rusiyalı cütlük (Tatyana Konakova və Qriqori Şixaleyev) qazanıblar.

Qrup yarışlarında ilk yeri Rumınya komandası tutub, ikinci yerə Macarsıtan, üçüncü yerə isə İtaliya gimnastları layiq görülüblər.

Aerodens proqramında qızıl medalı Azərbaycan komandası qazanıb. Rusiyalı gimnastlar ikinci, Macarıstan idmançıları isə üçüncü olublar.

Qeyd edək ki, çempionat Azərbaycanda koronavirus pandemiyası ilə əlaqədar mövcüd karantin qaydalarına əsasən azarkeşlərsiz keçirilib.

Digər fotolentlər

Əsas mövzular