21:42 19 İyun 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0259
  • RUB0.0235
© Sputnik / Murad Orujov
Xalq rəssamı Tahir Salahovun dəfn mərasimi.

Rəssamın qəbri üzərinə Dövlət başçısı İlham Əliyev, Birinci Vitse-prezident Mehriban Əliyeva, bir sıra nazirliklər, dövlət idarə və təşkilatlar tərəfindən göndərilmiş əklillər qoyulub.

Azərbaycan təsviri sənətinin görkəmli nümayəndəsi, dünya şöhrətli rəssam, SSRİ və Azərbaycanın Xalq rəssamı, Rusiya Rəssamlıq Akademiyasının vitse-prezidenti, Dövlət mükafatları laureatı Tahir Salahov bu gün dəfn edilib.

Sputnik Azərbaycan xəbər verir ki, T.Salahov Birinci Fəxri Xiyabanda torpağa tapşırılıb.

Bu gün Xalq rəssamının İçərişəhərdəki evində onunla vida mərasimi keçirilib. Vida mərasimində mərhumun ailə üzvləri, yaxınları və ictimai-siyasi xadimlər iştirak ediblər.

Rəssamın qəbri üzərinə Dövlət başçısı İlham Əliyev, Birinci Vitse-prezident Mehriban Əliyeva, bir sıra nazirliklər, dövlət idarə və təşkilatlar tərəfindən göndərilmiş əklillər qoyulub.

Xatırladaq ki, Rusiya İncəsənət Akademiyasında çalışdığı 40 ildən çox müddətin böyük hissəsini Rəngkarlıq Bölməsinə rəhbərlik etmiş Tahir Salahov mayın 21-də Almaniyada müalicə aldığı xəstəxanada 92 yaşında vəfat edib.

Xalq rəssamının yolunu qızı Aydan Salahova və nəvəsi Kayhan Salahov davam etdirir.

Tahir salahovun dəöfn mərasimindən çəkilmiş fotoşəkillərə Sputnik Azərbaycan-ın fotolentində baxa bilərsiz.

Digər fotolentlər

Əsas mövzular