14:13 20 İyun 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0259
  • RUB0.0235
  • Rəssam Tahir Salahov Moskvada Tretyakov qalereyasında özünün Xəzərin sahilində əsərinin qarşısında
  • Показ выставки Таир Салахов. Солнце в зените
  • Показ выставки Таир Салахов. Солнце в зените
  • Показ выставки Таир Салахов. Солнце в зените
  • Показ выставки Таир Салахов. Солнце в зените
  • Показ выставки Таир Салахов. Солнце в зените
© Sputnik / Yevgeny Biyatov
Rəssam Tahir Salahov Moskvada Tretyakov qalereyasında özünün "Xəzərin sahilində" əsərinin qarşısında.

Tahir Salahov milli təsviri sənətimizdə möhtəşəm bir Xəzər epopeyasının, yaxud Abşeron dastanının yaradıcısıdır.

Sabiq SSRİ-nin və Azərbaycanın Xalq rəssamı, Rusiya Rəssamlar Akademiyasının vitse-prezidenti Tahir Salahov dünən Almaniyada 92 yaşında vəfat edib. 

Dünya şöhrətli rəssam Tahir Salahov 1928-ci il noyabr ayının 29-da Bakı şəhərində anadan olub. Tahir Salahovun yaradıcılığında uzun dövr ərzində qara rəngdən istifadə birincilik qazanmışdı. Sənətkarın daha çox müraciət etdiyi Xəzər nefti, istehsalat mövzusu, neftçi və fəhlə obrazları ilə yağlı qara boya bir-birini tamamlayıb. Həm də Tahir Salahovun yaratdığı sərt realist üslub üçün də tünd və qara rənglərdən yaradıcı şəkildə istifadə etmək yerinə düşüb, müraciət olunan mövzunun və ya obrazın əsas cizgilərini canlandırmağa xidmət edib. 

Görkəmli Azərbaycan rəssamı, qüdrətli fırça ustası kimi Tahir Salahovu bütün dünya tanıyır. Tahir Salahovun sənəti vasitəsilə beynəlxalq aləm həm də Azərbaycanı bir daha tanımaq imkanı qazanır. Mövzusundan, üslubundan, yanaşma tərzindən asılı olmayaraq, Tahir Salahovun əsərlərinin əksəriyyətində bir parça, bir ovuc, bir cizgi Abşeron rəngi, ovqatı mövcuddur. Əslində Tahir Salahovun tünd rənglərlə ifadə olunan sərt realizmində Abşeron cizgiləri, Xəzər notları gerçəklikləri, aydınlığı, vətən sevgisini, ümidi və inamı, mübarizə əzmini, iradəni dolğun şəkildə ifadə edir.

Xalq rəssamı Tahir Salahov özünəməxsus sənət düşüncəsi və bənzərsiz rəngləri ilə Azərbaycan təsviri sənətinə Abşeron torpağından, Xəzərdən gəlib. Xəzər dənizi və Abşeron torpağı Tahir Salahov üçün ölkənin sadəcə bir parçası deyil, geniş mənada günəşli ana vətənin ümumiləşmiş rəmzidir. 

Digər fotolentlər

Əsas mövzular