Futbol üzrə Azərbaycan yığması DÇ-2022-nin seçmə mərhələsinin ilk oyunu keçirib.
A qrupunda yer alan komandamız ilk matçda Portuqaliya millisi ilə üz-üzə gəlib. Koronavirus pandemiyası səbəbindən Turində keçirilən qarşılaşma Pireney təmsilçilərinin minimal hesablı qələbəsi ilə başa çatıb.
Portuqaliyanın qələbə qolunun müəllifi matçın 37-ci dəqiqəsində Azərbaycan millisini kapitanı Maksim Medvedev olub. Qapıçı Şahrduddin Məhəmmədəliyevin uğursuz çıxışından sonra top Maksimə dəyərək komandamızın qapısından keçib. Bu qrupda keçirilən digər qarşılaşmada Serbiya millisi Şimali İrlandiya yığmasında 3:2 hesabı qalib gəlib.
İlk turdan sonra Serbiya və Portuqaliya hərəyə 3 xalla birinci və ikinci yeri bölüşdürürlər, Azərbaycan millisi isə sonuncu beşinci yerdə yerdə qərarlaşıb.
Millimiz növbəti oyunu martın 30-da Bakıda Serbiya komandasına qarşı keçirəcək.