14:38 17 Aprel 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0222
  • EUR2.0331
© Sputnik / Murad Orujov
Bakıda Novruz bayramının qeyd olunması, 20 mart 2021-ci il.

Azərbaycanda sayca ikinci “karantinli” Novruz  qeyd olunur. Bütün bayram tədbirləri COVID-19 infeksiyasının yayılması təhlükəsinə görə ləğv edilib. Amma baharın gəlişini kimsə təxirə sala bilməz. Bakı küçələrindən görüntülər Sputnik Azərbaycan-ın fotolentində

Novruz Azərbaycanın ən populyar və kütləvi qeyd olunan bayramıdır. Onun keçirildiyi günlərdə paytaxtın sakinləri və qonaqlar ailəlikcə Köhnə şəhəri, dənizkənarı bulvarı seyrə çıxırlar. Axşamlar isə bayram süfrəsi ətrafına toplaşıb plov, paxlava, şəkərbura, qoğal nuş edirlər.

Ənənəvi olaraq Novruz günlərində xeyli tədbir təşkil olunardı, ancaq koronavirusun yayılması təhlükəsinə görə artıq ikinci ildir ki, bayram kütləvi toplantılarsız keçir.

Məhdudiyyətlərə baxmayaraq, bayram axşamı, demək olar ki, hər məhəllədə ənənəvi Novruz tonqalı qalanır. Axı baharın gəlişinin, təbiətin təzələnməsinin simvolu olan tonqalsız nə bayram? Balacalar da, şair demiş, bayramdan öz nəsiblərini alaraq, qapılara papaq atıb,  qonşu payının dadını çıxarmaq fürsətini əldən  vermirlər.

Digər fotolentlər

Əsas mövzular