17:35 05 Mart 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0228
  • EUR2.0327
© AFP 2021 / Mladen Antonov
Banqkokda River City Arts and Antiques ticarət mərkəzində qadın şəkilə baxır.

Sputnik Azərbaycan dünya agentliklərinin müxbirlərinin çəkdikləri ən parlaq və emosional fotoları oxucularının diqqətinə çatdırır.

Geridə qalan həftə planetin müxtəlif yerlərində maraqlı hadisələrlə yadda qaldı. Bir sıra ölkələrdə koronavirusa qarşı vaksinasiya başladı. Bununla belə iki milyondan çox insanın həyatına son qoyan infeksiya ilə əlaqədar pandemiya davam edir.

Hər il fevralın əvvəlində keçirilən Venesiya karnavalı, bu il onlayn formatda təşkil olunub. Venesiyada karnavalın keçirildiyi San-Marko meydanında nə rəqslər, nə bayram əhvalı var.

Etirazlarsız da ötüşmədi. Parisdə yeni "Qlobal təhlükəsizlik" qanun layihəsinə etiraz etmək insanlar küçələrə çıxıblar. Qanuna əsasən, polis əməkdaşlarının üzləri aydın şəkildə görünən fotoları internetdə yerləşdirən, eləcə də, onların adlarını və ünvanlarını yayan şəxsləri böyük cərimə və həbs gözləyir.

Dünyanın ötən həftəni necə keçirdiyini planetin müxtəlif guşələrindən toplanmış fotolara baxmaqla xatırlamağı təklif edirik. Aparıcı informasiya agentliklərinin müxbirlərinin yaddaqalan hadisələri, eləcə də emosional anları həkk elədikləri kadrlar - Sputnik Azərbaycan-ın həftəlik fotolentində.

Digər fotolentlər

Əsas mövzular