01:57 04 Mart 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0230
  • EUR2.0547
© REUTERS / STRINGER
Yanqonda meriya binasında Myanma hərbçiləri, 2021-ci ilin fevral ayı.

Myanmada hərbçilər ölkəni öz nəzarətlərinə götürüblər. Ölkə prezidenti daxil olmaqlar, bir neçə siyasi rəhbər həbs edilib.

Fevral ayının əvvəlində Myanmada hərbi çevriliş baş verib. Ölkədə bir il müddətinə fövqəladə vəziyyət elan edilib. Hərbçilər bəyan ediblər ki, birinci vitse-prezident Min Svenin imzaladığı sənədə əsasən, bütün səlahiyyətlər Silahlı Qüvvələrin rəhbəri min Aun Xlainə verilir.

Fevralın 1-də səhər saatlarında Myanmanın "Demokratiya uğrunda Milli Liqa" partiyasının sədri, dövlət müşaviri və faktiki olaraq ölkənin lideri Aun San Su Çji, Myanmanın prezidenti Vin Min və digər siyasi rəhbərlər həbs olunublar.

Aun San Su Çji həbsindən əvvəl yazdığı məktubda tərəfdarlarına müraciət edərək, onları bu vəziyyətlə barışmamağa və çevrilişə qarşı etiraz etməyə çağrıb. Onun sözlərinə görə, hərbçilərin hərəkətləri diktaturanın bərpasına səbəb oilacaq. 

Qeyd edək ki, son aylarda Myanmada hərbi qulluqçularla ölkə rəhbərliyi arasında münasibətlər kəskin pisləşib. Hərbçilər noyabr seçkilərindən narazı qalıblar və onu "saxta" adlandırıblar.

Digər fotolentlər

Əsas mövzular