12:38 07 Mart 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0228
  • EUR2.0327
© Sputnik / Murad Orujov
Referans Klinik Laboratoriya Mərkəzində iş prosesi.

Dünya bir ildir koronavirus pandemiyasına görə başqa qaydalarla yaşamağa məcburdur. İnfeksiyanın qarşısının alınmasında onun aşkarlanması üsulu xüsusilə vacibdir. Bakı klinikalarından birində analizlərin toplanması və emalı prosesi - Sputnik Azərbaycan-ın fotolentində

Azərbaycanda koronavirus pandemiyası başlayandan bəri 2800000 test aparılıb. Hər gün minlərlə adam test olunur. Ətrafdakı insanları qorumaq üçünsə xəstəliyi simptomsuz keçirən adamların aşkarlanması daha vacibdir.

Paytaxt klinikaları koronavirusun aşkarlanması üçün analizin götürülməsini həm ambulator, həm də mobil xidmət qaydasında (yəni xəstənin evində) təklif edir.

Bəs koronavirusun təsbit olunması üçün hansı testlərdən istifadə olunur? 

SARS-CoV-2-nin laborator diaqnostikası PZR metodu ilə aparılır. Bu zaman koronavirusun RNT-sinin təyini üçün burun boşluğundan yaxma götürülür. Bu, virusun daha dəqiq və etibarlı aşkarlanması üsuludur. Onun köməyi ilə virusun insanlarda hətta cüzi miqdarda olan genetik materialını təyin etmək olur. İkinci üsul isə qan nümunələrində virusun spesifik Ig M və Ig G immunoqlobulinlərinin aşkarlanmasıdır. Ig M anticisimləri xəstəliyin ilkin mərhələsinin olduğunu göstərir, Ig G - isə insanın xəstəlikdən sağaldığı və koronavirusa qarşı immunitet qazandığı mənasına gəlir. 

Koronavirusun əlamətlərini hiss edən kimi dərhal təcili yardım həkimlərini çağırmaq lazımdır. Əgər sadəcə yoluxmadığınızı və immunitetinizi yoxlamaq istəyirsinizsə, o zaman klinikaya gedərək test verə, yaxud mobil briqadanı evə çağıra bilərsiniz.

Sputnik Azərbaycan-ın fotomüxbiri Referans kliniki laboratoriya mərkəzində olaraq test aparılması prosesini və laboratoriyanın işini lentə alıb.

Teqlər:
fotolent, klinika, test, Koronavirus, epidemiya, COVID-19, Bakı

Digər fotolentlər

Əsas mövzular